Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12948
az

Xəzərdə partlayış zamanı xairicilər də yanıb

09:3009 May, 2019
742
  • A
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə məxsus "İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib. Daha sonra yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb.

Yaralananlardan 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə özəl klinikalardan birinə aparılıb. 3 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Onlardan iki nəfəri Azərbaycan, biri isə Malayziya vətəndaşıdır.

Digər yaralılar arasında Xorvatiya, Rumıniya və digər xarici ölkə vətəndaşları da var. Yaralılar Ələt qəsəbəsindəki dəniz limanı vasitəsilə sahilə, oradan isə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

"İsrafil Hüseynov” borudüzən gəmisi hazırda "Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə sözügedən şirkətin nümayəndələri çalışırlar. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir