Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12928
az

Tolik keçiddə \"pop-corn\" satan uşağı qovan deputata: \"Ayıb olsun sənə!\"

18:0008 May, 2019
703
  • A
 
Deputat Rasim Müsabeyovun Azneft dairəsin yerləşən keçiddə popkoron satan gənci həmin ərazidən uzaqlaşdırması ilə bağlı xəbər yayılıb.
 
Oxu24.com  xəbər verir ki, prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkə hesabından deputatı sərt şəkildə tənqid edib.
 
Prodüser deputatı qeyri-insani davranışına görə tənqid edib: "Bu millət vəkilin heç tanımıram. Heç bilmirəm millət üçün nə edib. Onu keçiddə popkorn satan uşaq narahat edibsə, bu uşağa başqa yerdə iş verərdi. Bu Ramazan ayında kiminsə çörəyinə bais oldun. İnşallah bu axırıncı millət vəkili statusun olar.  Gələn seçkilərdə səs verənlər bir daha öz seçdiyi namizədin ürəyini və nə işlər gördüyünün şahidi olarlar. Ayıb olsun. Bu insanların qayğısına yalnız preident İlham Əliyev və Mehriban Əliyeva yanır."
 
Tolik həmin gəncə dəstək olacağını da bildirib: "O uşağı kim tanıyırsa mənə desin. Mən ona iş tapmağında kömək olacam. Tapa bilməsə ona əlimdən gələn yardımı edəcəm." Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət xallarından xilas edən təbii üsul
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO
Qazancımızın çoxunu niyə ərzaq məhsullarına xərcləyirik? - Ekspert

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO