Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12713
az

Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı - Qurumlar nə deyir?

18:5603 May, 2019
641
  • A
  Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsində problem yaranıb. Belə ki, vəsiqə üçün aidiyyəti qurumlara müraciət edən şəxslərə sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verilir.

Məlumat üçün bildirək ki, Azərbaycanda sürücülük vəsiqələrinin alınması ilə bağlı prosedurlara iki qurum nəzarət edir: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (ərazi üzrə idarələr) və ASAN xidmət mərkəzləri.

Oxu24.com Azərbaycanda sürücülük vəsiqələrinin verilməsinin dayandırılması ilə bağlı problemin səbəbini araşdırmaq üçün yuxarıda sözügedən hər iki quruma müraciət edib.

ASAN Xidmətdən problemin mövcud olduğu təsdiqlənib. Bildirilib ki, vətəndaşlara təqdim olunması üçün respublika üzrə sürücülük vəsiqələri bitib. Verilən blank isə sürücülük vəsiqəsini əvəz edir. Etibarlılıq müddəti bir aydır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə saytımıza açıqlamasında bildirib ki, yaranan problem müvəqqəti texniki xarakter daşıyır:

“Bəzi insanlarda belə bir fikir yaranıb ki, guya bu, yeni sürücülük vəsiqələrinin verilməsi ilə bağlıdır. Bu düzgün deyil. Problem mövcud sürücülük vəsiqələri ilə bağlıdır”.

DİN rəsmisi əlavə edib ki, müraciət edən şəxslər gələn həftə ərzində vəsiqələrlə təmin olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, sürücülük vəsiqələrinin dəyişdirilməsi funksiyası ASAN Xidmətə verilib. Belə ki, lazımi sənədləri Daxili İşlər Nazirliyinin ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən əməkdaşları tərəfindən hazırlanır və vətəndaşlara təqdim edir.

Bu funksiyalar ASAN Xidmət mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçirilir.

Onu da bildirək ki, Daxili İşlər Nazirliyinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Psixoloji şəkil TESTİ: Gələcəyiniziortaya qoyacaq
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO