Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12588
az

Binəqədidə yollar bağlanır- 20-dən çox marşrutun istiqaməti dəyişir - SİYAHI

20:3630 Aprel, 2019
610
  • A
Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, məhdudlaşdırma ilə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutların hərəkətində dəyişiklik edilərək:

- 2, 7A, 13, 14, 29, 37, 59, 96 nömrəli marşrutlar “Ekologiya” postunun yaxınlığından geriyə dönməklə, “Beynəlxalq Avtovağzal Kompleksi”nə təşkil ediləcəkdir.

- 114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər.

- 130, 142, 117, 158 nömrəli marşrutlar ətraf qəsəbələr istiqamətində hərəkət edərkən şamaxinka dairəsi adlanan ərazidən keçməklə təşkil ediləcəkdir .

- 67, 83, 92 nömrəli marşrutlar Biləcəri qəsəbəsi istiqamətində Biləcəri dairəsinə daxil olmadan R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcəklər.

- 91 nömrəli marşrut Q.Süleymanov, R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü
Faciəvi şəkildə ölən ata və oğulun görüntüsü - FOTO
Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü