Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12510
az

Zəng edənin kimliyini göstərə bilən 6 mobil proqram

22:0028 Aprel, 2019
1547
  • A
Bezdirirci telefon zənglərindən yorulmusuz, lakin naməlum nörəli zəngə cavab verməmək də olmur, bəlkə bu zəng mühüm və təcilidr? Belə hallarda 6 mobil applikasiya və ya tətbiq köməyinizə çata bilər

Naməlum nömrədən gələn aramsız zənglər həmişə bezdiricidir və həmin zənglərə cavab vermək həvəsi olmur. Lakin vacib olan zəngi bezdirici zəngdən ayırmağın yolu nədir?

Oxu24.com gencaile.az-a istinadən bildirir ki, naməlum zənglərin əksəriyyəti adətən telemarket şirkətlərindən edilir.

Belə zənglər xaricdəki telemarket şirkətlərindən də gələ bilər.

Lakin belə zənglər vacib sayılan abonentdən də gələ bilər, belə hallarda zəng edənin kimliyini aşağıdakı mobil applikasiyalar müəyyənləşdirməyə kömək edə bilər.

1) "TrapCall"

Bu applikasiya Apple və Android əməliyyat sistemlərində işlədilə bilər.

Applikasiya ABŞ-ın "New Jersey' ştatında mənzillənən "Teltech" şirkəti tərəfindən yaradılıb.

Bu tətbiqin yüklənməsi pulsuzdur, lakin zəng edənin kimliyinin müəyyən edilməsi üçün ödəniş tələb olunur, bir aya təxminən 5 dollar çıxır.

Zənglərin vacib adamdan gəldiyini necə biləsən?

Bu applikasiya gələn naməlum zənglərin nömrəsini mətnlı mesajla göstərir. Eyni zamanda həmin nömrəyə müvafiq ünvan da uyğun gələndə bu məlumat mesajda əksini tapır.

Əlavə olaraqç arzuolunmaz nömrələrdən ibarət qara siyahıya daxil edilmişlərdən gələn zəngləri də bloklamaq imkanı nəzərdə tutulub.

TelTech şirkətinin prezidenti Meir Cohen deyir ki, bu applikasiya "casuslar və ya texnoloji fanatiklər üçün nəzərdə tutulmayıb".

"Naməlum zənglər hamını bezdirir. Zəngin kimdən gəldiyini bilmək və lazım gələndə zəngə cavab verməmək imkanı hamıda olmalıdır", o, deyir.

2) "TrueCaller"

Bu appliksiyanı yaratmış "True Software Scandinavia AB" İsveç şirkəti bütün dünya boyu 85 milyon istifadəçisinin olduğunu bildirir.

Android, iOS, Blackberry və Windows əməliyyat sistemləri üçün bu applikasiya pulsuzdur. Applikasiyanın xidmətindən vebsayt vasitəsilə də yaralanmaq mümükündür.

Bu applikasiya zəng edənin nömrəsini müəyyən edərək onu bloklaya bilir.

Naməlum zənglərin əksəriyyəti telemarket xidmələrindən gəlir

Mobil tətbiq eləcə də, zəng çalan barədə internetdən daha geniş informasiyanın əldə edilməsinə imkan verir, o cümlədən, onun barəsində İnternet məlumat bazasında yazılmış rəyləri, fotosunu və reytinqini göstərə bilir.

3) "Contactive"

Bu pulsuz applikasiya ispaniyalı İnaki Berenguer tərəfindən yaradılıb. O, 2013-cü ildə Klink adlı start-up şirkətini təsis etdikdən sonra bu yaxınlarda Britaniyanın "ThinkingPhones" şirkətini aılıb.

Bu applikasiya naməlum nömrələri müəyyən edə bilir. Proqramın müəllifləri deyir ki, bu applikasiya 600 milyon nömrəni tanıya bilir.

 
Bu proqram naməlum zəngin mənbəyinin axtarışını avtomatlaşdırır və nizamlayır.

Bu appliksiya zəng edənin axtarışını avtomatik rejimdə aparırrs

Hər bir adam internetdə axtarış apararaq tanış olmayan nömrə ilə əlaqəli məlumatı internetdən tapa bilər. Müəyyən edilmiş adın vasitəsilə Fasebook, Linkedİn, Wikipedia saytlarından əlavə məlumat əldə etmək olar. Bütün bu işi həmin bu applikasiya bir neçə saniyəyə görür.

Həmin proqram mövcud internet məlumat bazasından və Facebook, Twitter, LinkedIn, WhatsApp kimi şəbəkələrin imkanlarından istifadə edir.

4) "Track Caller Location"

Bu məhsul "Smartlogic" kompüter proqramları şirkətinin məhsuludur, şirkətin ABŞ və Britaniyada ofisləri var. Proqram keçən ilin oktyabr ayından pulsuz yüklənə bilər.

Bu applikasiyadan istifadə etmək üçün internetə bağlanmaq şərt deyil.

Bundan əvvəlki applikasiyaların imkanları ilə yanaşı "Track Caller Location" proqramı zəng GSM mobil şəbəkə sistemi vasitəsilə edildiyi halda zəng edənin coğrafi koordinatını müəyyən etmək imkanına malikdir.

5) "Whoscall"

Bu applikasiya naməlum nömrələrlə bağlı nəhəng məlumat bazasılnda bir neçə saniyəyə axtarış aparır.

Bu pulsuz applikasiyanı yaradan Tayvanın Gogolook şirkəti bildirir ki hər gün 20 miyon zəngi saf-çürük edə bilir və onlardan təxminən yarım milyonu bezdirici zənglərdir.

Contactive proqramı kimi bu applikasiya da 600 milyonluq telefon nömrələri bazasında axtarış apara bilir.

Arzuolunmaz nömrə müəyyən edildikdən sonra applikasiya həmin nömrədən zəng və sms-ləri bloklaya bilir.

6) "Whos Calling?"

Bu applikasiyasının müəllifi "BadAix" şirkətidir və onun işi Whoscall applikasiyasının işinə bənzəyir.

"Whos Calling?" proqramı Whatsapp ismarışının müəllifini müəyyən edə bilir.

Lakin bu applikasiyanı əvvəlkindən fərqləndirərn onun Whatsapp mətn ismarıcı müəllifini müəyyən etmək imkanıdır. O, bunu hətta ismarıcı göndərən WatsApp sistemində adından istifadə etməyəndə belə müəyyən edə bilir.

Eynilə, bu applikasiya "Facebook" mesajların və digər sosial şəbəkələrdən gələn mesajların müəlliflərini müəyyən edə bilir.

Bu proqram arzuolunmayan zəngləri bloklamaq xidmətini təklif edir.

Mobil tətbiq arzuolunmaz telefon nömrələrinin qara siyahısını yaratmaq imkanı verir və beləliklə həmin nömrələrdən zənglərin gəlməsinin qarşısını ala bilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
80 yaşlı atanın 32 illik oğul nisgili - VİDEO
Xərçənglə mübarizədə zəncirotu faydalıdırmı? - VİDEO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Aytənin düşdüyü qəzadan dəhşətli VİDEO YAYILDI: Ölən şəxs görün kimdir
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanılıb