Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12452
az

Elinanın atası haqqında şok iddia yayıldı

21:1626 Aprel, 2019
2210
  • A
 Sosial şəbəkələrdə Elina Hacıyevanın atasının qızının ölümünə səbəb olan həkimlərdən şikayəti geri götürmək üçün 90.000 manat təzminat istəməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlər həmin məbləği ödəsələr, heç kimdən şikayət olmayacaq.

Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Open.az-a açıqlama verən ata Ədalət Hacıyev bildirib ki, yayılan informasiya yalandır: "Belə bir şeydən söhbət belə gedə bilməz".


Vəkil Sevinc Əliyeva da saytımıza açıqlama verərək məlumatı yalanlayıb: "Biz hər gün ailə ilə görüşürük. Belə şey ola bilməz. Bizdən də xahiş olunub ki, Elinanın başına gələnlərdə vəzifəsindən asılı olmayaraq kimin günahı varsa, qanun çərçivəsində cəzasını almasına yardım göstərək. Hazırda Bakı Şəhər Prokurorluğunda ibtidai istintaq gedir. İş hələ məhkəməyə çatmayıb. Mübarizəmizin nəticəsini gözləyirik".

Xatırladaq ki, aprelin 4-ü 162 nömrəli məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada növbəti terror təhlükəsi!
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
Beyin sağlamlığı üçün ən yaxşı 5 balıq növü

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət