Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12409
az

Elinanın direktorunun daha bir qanunsuz əməli üzə çıxdı

08:4826 Aprel, 2019
2765
  • A
162 saylı orta məktəbib direktoru Sevinc Abbasovanın daha bir qanunsuz əməli barədə məlumat yayılıb.

Oxu24.com  xəbər verir ki, övladları həmin məktəbdə təhsil alan valideynlərin AFN-ə verdiyi xəbərə görə, S.Abbasova məktəbdə qanunsuz məktəbəqədər hazırlıq təşkil edibmiş:

"Ötən il yeni tədris ili başlamamışdan əvvəl bizə deyildi ki, məktəbdə hazırlıq təşkil ediləcək, bunun üçün iki sinif və iki müəllimə ayrılacaq. Biz də rəhbərliyə müraciət edib uşaqlarımızı yazdırdıq, hər uşaq üçün ayda 5-10 manat "otaq pulu" alırdılar.

İndi Sevinc Abbasova məlum hadisələrlə əlaqədar işdən çıxarılandan sonra onu əvəz edən şəxs hazırlıq qruplarının fəaliyyətini dayandırdı.

Bunu uşaqlarımıza qarşı haqsızlıq hesab edirik. Qanunsuz da olsa, dərs ilinin bitməsinə az qalmış müddətdə belə bir addımın atılması körpələrdə məktəbə, təhsilə qarşı mənfi fikir formalaşdıra bilər.

Direktor əvəzi bizə deyir ki, onsuz da hazırlıq lazımsız bir şeydir. Lazımsızdırsa dövlətin vəsaiti niyə havaya sovrulur?"

Bakı Şəhər Baş Təhsil İdarəsi bildirilib ki, 2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb.

Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil.

Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub.

Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb

Qeyd edək ki, 2018-2019-cu illərdə Bakı şəhəri üzrə hazırlıq qruplarının təşkil ediləcəyi orta məktəblərin siyahısında 162 saylı məktəbin adı olmayıb.

Bakı Şəhər Baş Təhsil İdarəsi 162 saylı məktəbdə qanunsuz məktəbəqədər hazırlıq qruplarının fəaliyyət göstərməsi ilə bağlı AFN-in yazısına mövqe bildirib. 

Saytımızın sorğusuna cavab olaraq idarədən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb:

"Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Elektron qeydiyyatdan keçərkən valideynin qeyd etdiyi mobil nömrəyə SMS gəlir. Bundan sonra elektron ərizəsi qeydiyyata alınan şəxslər müvafiq sənədləri məktəbə təqdim edirlər.

Məktəbəhazırlıq qrupları müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb.

Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil.

Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub.

Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb".
 
baku/ws
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü
Faciəvi şəkildə ölən ata və oğulun görüntüsü - FOTO
Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü