‡агрузка...

“Sevgi xəstəliyi” - Sifilis insanı iflic edib öldürür!

 
Sifilis tibbdə "Treponema pallidum" adlandırılan bakteriyanın səbəb olduğu, müalicə edilmədiyi zaman orqanizmin böyük bir hissəsinə təsir edən və əsasən cinsi yolla yoluxan bir xəstəlikdir. 

Medicina.az bildirir ki, Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən dünyada hər il təqribən 12 milyon insan siflisə yoluxur. 90% yoluxma səbəbi cinsi əlaqə olsa da, bəzən bədəndəki açıq yaralardan da keçməsi mümkündür. Xəstəlik həmçinin qan vasitəsi ilə də keçə bilər.

Sifilisə yoluxmuş hamilə qadınlarda əksər hallarda xəstəlik ana qanından körpəyə keçir və nəticədə uşaq ya ölü doğulur, ya da vaxtından əvvəl doğulduğu üçün ölür. 

Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu xəstəliyin törədicisi qıvrım sapşəkilli hərəkətli solğun treponemadır. Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olurlar. Bu xəstəlik ən çox cinsi əlaqə yolu ilə yoluxduğundan onu zöhrəvi xəstəlik adlandırıblar.

 Bu, əslində, sevgi xəstəliyi deməkdir, çünki Zöhrə qədim mifologiyada sevgi ilahəsidir. Sağlam şəxsin sifilislə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə birbaşa təması (cinsi əlaqə, öpüşmək və s), bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə, başqasının uşağına döşlə süd verməklə, bir papirosun bir neçə şəxs tərəfindən çəkilməsilə, tibbi müdaxilələrlə, müxtəlif dini adətlərlə (ziyarətə gələnlərin dini surətləri, məhrabları, bütləri öpmələr ilə) baş verir. Sifilisin cinsi əlaqədən kənar yolla yoluxmuş forması "məişət sifilisi” adlanır. Qaynadılmamış alətlərlə uşaqlıq güzgüləri, diş müalicəsində işlədilən alətlər və s. vasitəsilə də sifilisə yoluxma baş verə bilər. Yoluxma yollarından biri də dölün ana bətnində yoluxmasıdır. 

Bu xəstəliyi keçirənlərdə sifilisə qarşı immunitet yaranmır və həmin şəxs təkrar olaraq sifilislə yoluxa bilər. Sifilis xəstəliyinin klinik gedişi bir-birini əvəz edən üç əsas dövrə bölünür. Bütün yoluxucu xəstəliklər kimi sifilisin də gizli dövrü olur. Bu dövr adətən 3-4 həftə, bəzən 9-11 gün, bəzən də 92 günə qədər ola bilər. Gizli dövrdə aparılan müalicə xəstəliyin inkişafını dayandırır, müalicəsinin daha təsirli olmasına və xəstənin tamamilə sağalmasına şərait yaradır. Elə buna görə cinsi əlaqədə və yaxud yaxın təmasda olduğu şəxsin sifilislə xəstə olduğunu bildikdə təcili surətdə müalicəyə başlamaq üçün həkim-dermatoveneroloqa müraciət etmək lazımdır.

 Əlamətləri: İlk olaraq bakteriyanın orqanizmə daxil olduğu yerdə (əsasən cinsi orqan ətraflarında) qırmızı rəngdə təqribən 1 sm böyüklüyündə ağrısız, qırmızı və sulanmış çibanlar yaranmağa başlayır. Əgər müəyyən müddətə müalicə olunmasa, bakteriya orqanizmin bir çox bölgələrinə əsasən əl və ayaq nahiyələrində qırmızı səpkilər şəkilində özünü göstərməyə başlayır. Bir müddət sonra isə xəstəlik göz, beyin və sinir sistemi kimi daxili orqanlara qarşı hücuma keçdiyi üçün xaricdə öz əlamətlərini itirir və xəstəliyin keçdiyi zənn edilir, nəticədə isə xəstəlik iflic və ya ölümlə nəticələnir. 
Müalicəsi: xəstəliyə yoluxma halı müəyyən edilən kimi dərhal həkimə müraciət vacibdir, çünki xəstəlik inkişaf etdikcə orqanizmdə yol açdığı dəyişiklikləri sonradan bərpa etmək mümkün deyil.
 
Sifilisdən müalicə olunan şəxslər, infeksiyadan tam müalicə olunana kimi cinsi əlaqədə olmaqdan uzaq durmalıdırlar. Bu infeksiyaya yoluxmuş şəxslərin partnyorları yoxlanılmalı və lazım olsa müalicə olunmalıdırlar. Xəstəlik sinir sisteminə təsir etdikdə isə müalicə 2 ilə qədər davam edə bilər. Sifilisə yoluxmuş şəxslərdən uzaq duraraq, özünüzü bu xəstəlikdən qoruya bilərsiz. 
 
Əgər siz partnyorunuzun infeksiyaya yoluxub -yoluxmadığını bilmirsinizsə, özünüzü qorumaq üçün kontrasepsiyadan və qoruyucu rezinlərdən istifadə edin
loading...




Paylaş:


23-apr, 2019 182

loading...
Загрузка...
loading...