Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12246
az

Problemli krediti olan vətəndaşların diqqətinə - BUGÜNDƏN

08:4422 Aprel, 2019
964
  • A
 
Bugündən (22 aprel) banklar tərəfindən vətəndaşların kompensasiyalarının ödənilməsinə başlanılır.

Azərbaycan Banklar Assosiasiyasından Buta.media-ya verilən məlumata görə, kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə "Azərpoçt" MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcək.

Banklar tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcək. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq.

Kompensasiya ödənişlərinin edilməsi məqsədilə fiziki şəxslər növbəlilik prinsipi əsasında kompensasiyanın veriləcəyi yer, tarix və zəruri sənədlər barədə banklar tərəfindən əvvəlcədən SMS və ya zəng yolu ilə məlumatlandırılacaq. Fiziki şəxslər onlara ayrılmış vaxtda müvafiq banka yaxınlaşaraq kompensasiyanı əldə edəcəklər.

Bundan başqa, kompensasiya ödənişi ilə əlaqədar kredit təşkilatlarında vətəndaşların operativ şəkildə xidmət göstərilməsi üçün ayrıca sahə müəyyən olunmuş və müvafiq əməkdaşlar ayrılıb. Bu müddətdə, banklar xüsusi iş rejimində işləyərək vətəndaşlara xidmət göstərəcək.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO