Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12174
az

Facebook özünün səsli köməkçisini yaradır

23:2319 Aprel, 2019
555
  • A
 CNBC saytının mənbələri Facebook şirkətinin Alexa, Siri və Google Assistant kimi səsli köməkçilər ilə rəqabət aparmaq planlarından danışıblar. Bu barədə Vc.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Facebook şirkətinin özünün səsli köməkçisi üzərində çalışması barəsində məlumat hələ 2017-ci ildə yayılmışdı.

Oxu24.com technote.az-a istinadən bildirir ki, Facebook şirkətinin səsli köməkçisi üzərində şirkətin uzunmüddətli texniki layihələri və cihazları ilə məşğul olan şöbə 2018-ci ildən bəri çalışır. Həmin şöbə həmçinin Oculu VR eynəkləri ilə də məşğul olur. Şikrətin bu layihəsinə AR/VR ilə Facebook Assistant şöbələrinin rəhbəri Ira Snyder rəhbərlik edir.

Facebook şirkəti özünün səsli köməkçisini öz istehsalı olan Portal adlı smart ekranlarında, Oculus VR eynəklərində və ya gələcəkdə olacaq digər layihələrində istifadə edə bilər. Qeyd etmək lazımdır ki, şirkət hələ 2015-ci ildə Facebook Messenger üçün süni zəka texnologiyası əsasında çalışmış M adlı virtual köməkçini istifadəyə vermişdi. Lakin 2018-ci ilin yanvar ayında şirkət həmin layihəni bağlamışdı Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu xəstəliyi olanlar banan yeməlidir
İraq Prezidenti COP29-a dəvət olundu
Azərbaycanda maşın

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir