Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1208
az

At və eşşək ətini mal ətindən ayırmağın 3 YOLU

09:2730 Aprel, 2018
1617
  • A
Qırmızı ətin qiyməti artandan sonra satış məntəqələrində mal əti adı altında at və eşşək əti satanların sayı artır. Bəzi işbazların əməlinin üstü açılsa da, bəziləri bundan yayına bilir. Bəs at, eşşək ətini mal ətindən necə ayırmaq olar?

Oxu24.com  bununla bağlı sizə bir neçə tövsiyə verəcək.

Ətin mənşəyini ilk növbədə rənginə görə ayırd etmək mümkündür. At əti tam qırmızı rəngdə deyil. Kənardan baxan zaman onun ciyərə oxşayan tünd rəngdə olduğunu görə bilərsiniz. Mal əti isə qan qırmızı rəngə malikdir. Sadəcə rəng fərqindən bunun at, eşşək, yaxud mal əti olduğunu anlaya bilərsiniz.

At və eşşək ətinin üzərindəki yağ təbəqəsi dana ətinin yağından daha sarıdır. Halbuki dana ətinin üzərindəki yağ hər kəsin bildiyi kimi ağ rəngdə olur.

At və eşşək minik heyvanları olduğu üçün onların əti dana ətinə nisbətən daha liflidir. Lifli olduqları üçün də bu ətlər çox bərk olur və çeynənməsi olduqca çətinləşir.

Əgər aldığınız əti çeynəməkdə çətinlik çəkirsinizsə, bu hal istifadə etdiyiniz ətin ya at, ya da eşşək əti olmasına dəlalət edə bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq
Əmin-amanlıq, mehriban qonşuluq - Bakıdan dünyaya sülh çağırışı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir