Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11765
az

Daşqın olacaq - Nazirlikdən açıqlama

22:4608 Aprel, 2019
755
  • A
 
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, yaz-yay gursululuq dövrü Azərbaycanın çaylarında aprel ayının əvvəlindən başlayır və iyun ayının ortalarınadək davam edir.
Qeyd edək ki, qış aylarında yüksək dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yaz aylarındakı yağıntıların intensivliyi çaylarda gursululuq axımını təyin edir.

Son illərdə iqlim dəyişmələri nəticəsində bir çox ölkələrdə daşqın və sel hadisələrinin həm sayının, həm də intensivliyinin artma tendensiyası müşahidə olunur. Buna misal qonşu Gürcüstanı və son günlər İranın cənubunda baş verən sel hadisələrini göstərmək olar.

Bildiririk ki, təbii fəlakətlərin qarşısını almaq mümkün olmasa da, mövcud vəziyyətin əvvəlcədən qiymətləndirilməsi müəyyən qabaqlayıcı tədbirlərin görülməsini mümkün edir.

2019-cu ildə gözlənilən gursululuq axımının proqnozunu tərtib etmək məqsədilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın dağlıq zonalarının çay hövzələrində dekabr-mart aylarında toplanan qarın miqdarı və sululuğu hesablanıb.

Qış fəslinin ayrı-ayrı günlərində orta və qismən yüksək dağlıq ərazilərdə havanın temperaturunun iqlim normasından yüksək olması qarın tədricən əriməsi ilə qar ehtiyatlarının azalmasına səbəb olub.

Bu il Böyük Qafqazın Qanıx çayı hövzəsi ərazisində, Kiçik Qafqazın şimal-şərq və Naxçıvan MR çaylarının hövzələrində qarda olan sululuq ötən illə (51-62,3 mm) müqayisədə 26-40 faiz çox, Böyük Qafqazın Şirvan və şimal-şərq yamacı çaylarının hövzələrində isə ötən ildəki göstəriciyə (40-80 mm) yaxın olub.

Çoxillik norma ilə müqayisədə isə Böyük Qafqazın Qanıx və Şirvan çaylarının hövzələrində qarın sululuğu 22-33 faiz az (norma 82,7-58,3 mm), Böyük və Kiçik Qafqazın şimal-şərq yamacı və Naxçıvan MR çaylarının hövzələrində isə 10-23 faiz çox olub (norma 64,1-58,7-71,3 mm).

Aparılan kompleks təhlillərə və meteoroloji proqnoz materiallarına əsasən (qar ehtiyatlarının vəziyyəti, Ümumdünya Meteorologiya Təşkilatının 5 regional iqlim mərkəzinin fəsillik proqnozları və Azərbaycanda iqlim kəmiyyətlərinin çoxillik dəyişmə tendensiyasını nəzərə almaqla) bu ilin yaz-yay gursululuq (aprel-iyun) dövründə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) yamacı çaylarında sululuğun çoxillik normanın 83-113, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı və Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 75-110, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 65-100 faizini təşkil edəcəyi gözlənilir.

Tərtib edilmiş proqnoza əsasən dağ çaylarında sululuğun az müsbət və mənfi fərqlə çoxillik normaya yaxın olacağı gözlənilir. Eyni zamanda, yağıntıların normadan çox gözlənilməsi ilə əlaqədar, ayrı-ayrı günlərdə yağacaq leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi də ehtimal olunur.

Azərbaycanın ən iri tranzit çayı olan Kür çayından Şəmkir su anbarına axımın normanın 70-96, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 77-98, Araz çayından Araz su anbarına axımın isə normanın 47-67 faizini təşkil edəcəyi gözlənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü
Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
“Depressiyaya düşmək zəif iradənin nəticəsidir” - PSİXOLOQ FİKRİ

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM