Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11730
az

Xroniki yorğunluğa qarşı 5 maraqlı resept

23:2307 Aprel, 2019
896
  • A
 Bahar fəslində insan orqanizmində vitaminlər azalır. Bu isə xroniki yorğunluqla nəticələnir.

Oxu24.com bu problemi aradan qaldırmaq üçün ən effektiv reseptləri təqdim edir. Bu qarışımlar sizin immunitet sisteminizi və sinir sistemininizi möhkəmlədəcək.
Qoz və bal qarışığı

1 st qoz, o qədər və bal və limon lazımdır. Qozları və limonu ət çəkən maşınından keçirin və balla qarışdırın. Bu qarışımı soyuducuda saxlamaqla 2 həftə, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin.

Təzə sıxılmış üzüm şirəsi

Təzə sıxılmış üzüm şirəsini şüşə qabda soyducuda saxlayın. Gündə 3 dəfə hər yeməkdan qabaq iki xörək qaşığı qəbul edin. Bu sizin yorğunluğunuzu tezliklə aradan qaldıracaq.

Şam ağacının iynələri
Meşədən yığılmış şam ağacının iynələrini yaxşı-yaxşı yuyub qaz sobasında 15 dəqiqə qurudun. 2 çay qaşığı qurudulmuş şam iynələrini üyüdüb, 200 qr qaynar suda 30 dəq dəmləyin. Sonra qarışıma 3 xörək qaşığı bal əlavə edib, 1 saat boyunca soyudun. Bu qarışımı 10 gün yatmazdan öncə 1 xörək qaşığı qəbul edin.

Çobanyastığı və bal

200 qr südə yarım xörək qaşığı çobanyastığı çiçəyini  əlavə edib 10-15 dəqiqə vam xodda dəmləyin. Sonra bu qarışımı süzüb,  1 çay qaşığı bal əlavə edərək yatmazdan öncə qəbul edin.

Balqabaq tumu, spirt və bal qarışığı

Yarım stəkan təmizlənmiş balqabaq tumuna, eyni miqdarda bal  və 2 xörək qaşığı tibbi spirt əlavə edib, yaxşıca qarışdırın. Bu məhlulu bir gün qaranlıq yerdə saxlayın. Sonra bu qarışım bitənə qədər hər gün 1 çay qaşığı qəbul edin. Bu ballı qarışım sizin orqanizminizi ziyanlı bakteriyalardan təmizləyəcək və sizi gün boyu gümrah tutacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət xallarından xilas edən təbii üsul
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO
Qazancımızın çoxunu niyə ərzaq məhsullarına xərcləyirik? - Ekspert

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO