Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11542
az

Tural Abbaslı və İsgəndər Həmidov əlbəyaxa dava həddinə gəldilər

10:5602 Aprel, 2019
872
  • A
 
Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının növbəti iclası olub.

Musavat.com xəbər verir ki, toplantı xeyli gərgin atmosferdə keçib. İclasda qarşıdurmalar yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.

İ.Həmidov bunun ardından T.Abbaslının hərəkatın idarə heyətindən uzaqlaşdırılması təklifini verib. Sabiq nazir arqument kimi T.Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı "Yeni Müsavat"a verdiyi açıqlamanı və digər partiyalarla görüşməsini göstərib. T.Abbaslı təklifin əleyhinə çıxaraq bunun hərəkatın əsasnaməsinə zidd olduğunu bildirib. İ.Həmidovun təklifi keçməyib və AXH-nin dönəm sədri idarə heyəti üzvü kimi qalıb.

Musavat.com bildirir ki, bundan sonra hər iki siyasətçi arasında qarışıqlı ittihamlar səslənib. T.Abbaslı sabiq naziri hər yerdə hərəkatın adından danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" deməkdə ittiham edib. Nəticədə gərginlik daha da artıb və hər iki siyasətçi əlbəayaxa dava həddinə çataraq, üz-üzə belə gəliblər. Üç saat davam edən iclasda gərginlik sona qədər davam edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO