Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11342
az

Prezidentdən çox mühüm SƏRƏNCAMLAR

23:1327 Mart, 2019
986
  • A
 Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon (iki milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan dövlət təhlükəsizliyi və xarıcı kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Xələfov Rauf Rafiq oğlu – general-mayor
Qulubəyov Mamay Maqsud oğlu – polkovnik
Mansurov Həsən İsa oğlu – ədliyyə general-mayoru
Musayev İlqar Əli oğlu – general-mayor
Muxtarov Rövşən Nadir oğlu – polkovnik
Nağıyev Sahib Novruz oğlu – general-mayor

"Vətən uğrunda” medalı ilə
Aşurov Mönsüm Yaqub oğlu – polkovnik
Bayramov Abbas Musa oğlu – polkovnik
Eynullayev Tağı Bahadur oğlu – polkovnik
Hüseynov Şahin Cəlal oğlu – polkovnik
Kazımov Füzuli Şahsuvar oğlu – mayor
Məmmədov İlqar İsmayıl oğlu – polkovnik
Rzayev Araz Sabir oğlu – polkovnik
Sultanov Samir Sultan oğlu – polkovnik

"İgidliyə görə” medalı ilə
Abbasov Asif Nuru oğlu – polkovnik
Cəfərzadə Samir Həşim oğlu – mayor
Əlifov Anar İsmayıl oğlu – kapitan
Əliyev İlham Nəriman oğlu – polkovnik
Kazımov Şahin Yunsur oğlu – polkovnik-leytenant
Qarayev Nicad Kamandar oğlu – polkovnik-leytenant
Məmmədov Rövşən Cahangir oğlu – polkovnik
Teymurov Elşad Elşən oğlu – kapitan

"Hərbi xidmətlərə görə” medalı ilə
Abdullayev Polad Fərrux oğlu – polkovnik
Babayev Arif Vaqif oğlu – polkovnik
Bayramov Gəray Sabir oğlu – mayor
Hacıyev Əsəd Qurban oğlu – ədliyyə mayoru
Həsənov Samir Tələt oğlu – polkovnik
Hüseynli Fərid Zamin oğlu – kapitan
Qaytaranov Vüqar Məcid oğlu – polkovnik-leytenant
Məmmədli Elnur Çingiz oğlu – polkovnik-leytenant
Məmmədov Fuad Famil oğlu – mayor
Məmmədov Tural Bərşad oğlu – kapitan
Səfərov Ramazan Zakir oğlu – mayor
Vəliyev Heydər Vəli oğlu – mayor.
 
***
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilsin.
 
***
 
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
general-leytenant ali hərbi rütbəsi
general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova
general-mayor ali hərbi rütbəsi
polkovnik Araz Süleyman oğlu Əhmədova
polkovnik Zaur Aydın oğlu Əliyevə
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Psixoloji şəkil TESTİ: Gələcəyiniziortaya qoyacaq
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO