Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11328
az

\"Diqlas\" dakı yanğına görə Fövqaladə Hallar Nazirliyi suallara cavab verməlidir -Tanınmış vəkildən sərt münasibət

18:0327 Mart, 2019
1236
  • A
 
Diqlas ticarət mərkəzindəki yanğına görə Fövqaladə Hallar Nazirliyi  suallara cavab verməlidir.  
Oxu24.com  xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının üzvü,vəkil Asif Abdullayev bildirib.
 
"Hər dəfə ciddi yanğın hadisələri baş verəndə, FHN bütün təqsiri obyektlərin üzərinə yıxır - obyektlərdə yanğın təhlükəsizliyi sistemləri mövcud deyil və yaxud yararsızdır, obyektin fasadı tezalışan idi və sair səbəblər gətirirlər. Hətta bildirirlər ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulması barədə nazirliyin xəbəri olub.  Bu halda sual yaranır - obyektlərdəki yanğından mühafizə sistemlərinə kim nəzarət etməlidir və nöqsanların aradan qaldırılmasını kim tələb etməlidir? Qanunvericilikdə bütün bu məsələlər FHN-in üzərinə qoyulub.
 
Diqlas ticarət mərkəzində baş vermiş yanğınla bağlı da FHN nümayəndəsi bildirib ki, ticarət mərkəzində yanğından mühafizə sistemi mövcud olmayıb.İstərdim nazirliyin bu münasibətinə hüquqi cəhətdən öz rəyimi bildirim.
 
 
Qanunvericiliyə əsasən, Fövqaladə Hallar Nazirliyinin (FHN) vəzifələrindən biri kimi - yanğın hadisələrinin baş verməməsi üçün qabağlayıcı tədbirlər görməkdir. Hətta yanğın baş versə belə, FHN yanğının ən qısa zamanda qarşısının alınması üçün tədbirlər görməlidir. Bu tədbirlər tək yanğının söndürülməsindən ibarət deyil. Bu tədbirlərə obyektin tikintisi zamanı onun layihəsində yanğından mühafizə sisteminin nəzərə alınmasını yoxlamaq, sistemin işlək halda olmasına nəzarət etmək, bu sistemlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılmasını tələb etmək və sair məsələlər də daxildir. Yəni FHN-in işi təkcə yanğın baş verdiyi əraziyə su çiləməkdən ibarət deyil, FHN-in vəzifə borcu həm də yanğının yaranmasının qarşısını almaq üçün kompleks qabağlayıcı tədbirlər görməkdən ibarətdir.  
 
Yanğın təhlükəsizliyi haqqında qanunun 24-cü və 25-ci maddəsinə əsasən, obyekt tikilərkən onun layihəsinin yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması baxımından Fövqaladə Hallar Nazirliyi ilə  ilə razılaşdırılmalıdır. Bu maddənin tələbindən belə aydın olur ki, Diqlas ticarət mərkəzi tikilərkən, FHN onun layihəsini yoxlamalı idi və əgər layihədə yanğından mühafizə sistemi nəzərdə tutulmayıbsa, FHN Diqlasın layihəsinə müsbət rəy verməməli idi. Belə nəticəyə gəlmək olur ki, Diqlas tikilib və fəaliyyət göstərir, deməli onun layihəsinə FHN müsbət rəy bildirib. Amma yanğından sonra FHN bildirir ki, ticarət mərkəzində yanğından mühafizə sistemi mövcud deyil. Sual yaranır, əgər sistem mövcud deyildirsə, FHN layihəyə nə üçün müsbət rəy verib? Minlərlə insanın toplaşacağı obyektdə təhlükəsizlik qaydaları pozulubsa, layihədə nəzərdə tutulan yanğından mühafizə sistemi quraşdırılmayıbsa, obyektin istismarına hansı əsasla icazə verilib?
 
Yanğın təhlükəsizliyi haqqında qanuna əsasən, FHN yanğın təhlükəsizliyi sistemlərini  yoxlayır (dövlət yanğın nəzarəti). Həmin qanunun 25-ci maddəsinə əsasən, FHN yoxlama zamanı hansısa obyektdə (dövlət və yaxud özəl, fərq etməz) yanğın təhlükəsizliyi qaydalarının pozulduğunu aşkar edərsə, nöqsanların aradan qaldırılması üçün həmin obyekt rəhbərinə icrası məcburi olan tələbnamə vermək hüququna malikdir. Diqlas ticarət mərkəzindəki yanğınla bağlı FHN nümayəndəsi açıqlama verərək bildirib ki, ticarət mərkəzində yanğından mühafizə sistemləri mövcud olmayıb, suya qoşulmaq üçün imkanlar olmayıb. Bunları ticarət obyektinin nöqsanı kimi qələmə verən FHN özünü məsuliyyətdən kənarda qoymağa çalışır. Amma sadaladığım qanunun tələblərinə əsasən, FHN bu obyektdə yoxlamalar aparmalı idi və yanğından mühafizə sistemində hansısa qayda pozuntusu aşkar etdiyi halda, həmin pozuntunun aradan qaldırılması üçün tədbirlər görməli idi.
 
Hətta müəyyən hallarda FHN obyektin işini dayandırmaq hüququna da malikdir. Yanğın təhlükəsizliyi haqqında qanunun 25-ci maddəsinin 9-cu hissəndə deyilir ki, FHN yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozuntularını aşkar etdikdə, müəssisələrin (ayrı-ayrı istehsalatların), istehsal sahələrinin, aqreqatların işini, binaların, qurğuların istismarını, ayrı-ayrı işlərin görülməsini tamamilə və ya qismən dayandırılması barədə qərar qəbul etmək hüququna malikdir.  
 
Yüzlərlə mağazası olan ticarət mərkəzində yanğından mühafizə sistemində nöqsanlar olub, amma bu nöqsanlara imkan yaratmamaq, bu nöqsanları vaxtında aşkar edib aradan qaldırmaq vəzifəsi daşıyan FHN çox rahatlıqla nöqsanların olduğunu etiraf edir, hətta günahın təkcə ticarət mərkəzinin rəhbərliyində görür.
 
FHN həmçinin bildirir ki, ticarət mərkəzinin üzlüyü də tezalışan materialdan olub. Bəs  buna kim nəzarət etməli idi? Yenə də FHN-in üzərində dayanır bu vəzifə.
 
Dünənki yanğında öz həyatını və sağlamlığını təhlükəyə ataraq yanğının qarşısını almağa çalışan sıravi yanğınsöndürənlərin fədakarlığını dəyərləndirirəm. Onlar öz üzərinə düşən vəzifəri layiqincə yerinə yetirməyə çalışdılar.

Təəssüflər olsun ki, bu cür hadisələr nəticəsində yeganə zərər çəkən şəxslər - həmin obyektdə zəhmətlə pul qazanan sıravi vətəndaşlar olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur