Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11148
az

Yaxşılıq gözəl əxlaqdır

18:5421 Mart, 2019
943
  • A
Əxlaq - insanın daxili görünüşüdür. İnsanın zahiri görünüşü olduğu kimi daxili görünüşü də vardır. İnsanın görünüşü yaxşı və pis olduğu kimi onun əxlaqı da gözəl və pis ola bilir. Gözəl əxlaq dedikdə Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində buyurulan bütün yaxşı keyfiyyətlər və əməllər nəzərdə tutulur. Pis əxlaq dedikdə isə Allahın və Onun rəsulunun qadağan etdiyi bütün günahlar nəzərdə tutulur. Nəvvas ibn Səman əl-Ənsari demişdir: "Allah Elçisindən salləllahu aleyhi və səlləm yaxşılıq və günah barəsində soruşdum. O buyurdu: "Yaxşılıq gözəl əxlaqdır. Günah isə qəlbində tərəddüd edən və başqalarının onun barəsində bilmələrini istəmədiyin bir şeydir".

Ən kamil və ən xeyirxah mömin kimdir?
Milli.Az zikr.az-a istinadən bildirir ki, Allah Elçisi bu­yur­muş­dur: "İmanı ən kamil olan möminlər əxlaqı gözəl olanlardır. Sizin ən xeyir­liləriniz isə qadınlara qarşı əxlaqlı olanlardır".
Peyğəmbər demişdir: "Sizdən mənə ən sevimli olan və Qiyamət günü mənim lap yaxınlığımda oturan kimsə barədə sizə xəbər verimmi?" Camaat susdu. O bunu iki və ya üç dəfə təkrar etdi. Camaat dedi: "Bəli, ey Allahın Elçisi!" O dedi: "Əxlaqı ən gözəl olanınız buna nail olar!"
Allah Elçisi demişdir: "İslamda sizin ən xeyirliniz dini başa düşən və əxlaqı ən gözəl olanınızdır".

Gözəl əxlaq insanı Cənnətə aparır və Cəhənnəm odunu ona haram edir
Əbu Hureyra rəvayət edir ki, Allah Elçisindən soruşdular: "Cənnətə girməyə daha çox səbəb olan nədir?" O buyur­du: "Allah qorxusu və gözəl əxlaq!" Yenə soruşdular: "Bəs Cəhənnəm odu­na girməyə daha çox səbəb olan nədir?" O buyurdu: "İki boşluq; cin­siyyət üzvü və ağız!"
Allah Elçisi buyurmuşdur: "Haqlı olsa belə mübahisəni tərk edən üçün Cənnətin kənarında, zarafatda olsa belə yalanı tərk edən üçün Cənnətin ortasında, əxlaqı gözəl olan üçün də Cənnətin ən ali mərtəbəsində evi olacağına zəmanət verirəm!"
Peyğəmbər buyurmuşdur: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir".
Peyğəmbər demişdir: "Cəhənnəm odunun kimə haram olduğunu sizə xəbər verimmi?" Dedilər: "Bəli, ey Allahın Elçisi!" O buyurdu: "Hər mülayim, lütfkar və üzüyola möminə".

Gözəl əxlaqa dair nümunələr
Peyğəmbər ona demişdir: "Kimə mülayimlik­dən bir pay verilmişsə, ona dünya və Axirət xey­rindən bir pay verilmişdir. Qohumluq əlaqələrini möhkəmlətmək, gözəl əx­laq və gözəl qonşu­luq məmləkətləri abadlaşdırır və ömrü artırır".
Allah Elçisi demişdir: "Hər bir dinin əxlaqı vardır, İslam dininin əxlaqı isə həya­dır".
Allah Elçisi demişdir: "Adəm oğlu namaz qılmaqdan, insanların arasındakı əlaqələri möhkəmlətməkdən və gözəl əxlaqlı olmaqdan daha fəzilətli bir əməl etməmişdir".
Allah Elçisi demişdir: "Səndə dörd xislət olarsa, dünyadan itirdiyinin sənə heç bir zərəri olmaz; əmanəti qo­ru­­maq, düz danışmaq, gözəl əxlaqlı olmaq, haram yeməkdən çəkin­mək".
Abdullah ibn Amr ibn əl-As demişdir: "Muaz ibn Cəbəl səfər etmək istədi və dedi: "Ey Allahın Peyğəmbəri, mənə nəsihət et?" O buyurdu: "Allaha heç bir şeyi şərik qoşmadan ibadət et!" Muaz dedi: "Ey Allahın Peyğəmbəri, yenə nəsihət et!" O buyurdu: "Pislik etdikdə ardınca yaxşılıq et!" Muaz dedi: "Ey Allahın Elçisi, yenə nəsihət et!" O buyurdu: "Düz ol və əxlaqını gözəlləşdir!" Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR