Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10959
az

İnsan ölümündən əvvəl hansı yuxuları görür? — ALİMLƏRDƏN AÇIQLAMA

19:1515 Mart, 2019
723
  • A
 ABŞ-ın Nyu-York ştatındakı Buffalo şəhərindəki bir elmi mərkəz 10 illik tədqiqatın başa çatdığını bəyan edib.
 “Oxu24.com” xəbər verir ki, tədqiqat insan ömrünün son günlərinə aiddir.

Mütəxəssislər bu illər ərzində qeyri-adi kəşflərə imza atıblar. Məlum olub ki, ölümdən bir neçə gün əvvəl insan eyni yuxunu görür. Bu barədə tədqiqat qrupunun rəhbəri, doktor Kristofer Kerr məlumat verib. Onun sözlərinə əsasən, ümidsiz xəstələri müşahidə edən qrup məlum olub ki, ölümündən 3 həftə əvvəl müntəzəm olaraq insan qeyri-adi və xoş yuxular görür. Bu yuxularda xəstə ölmüş qohumları, dostları, sevgililəri və hətta dünyada olmayan heyvanları da görür. Çox isti sentimental hisslər keçirir.

Bəzən isə bu insanlar yuxuda çemodanını yığır, təyyarə və ya qatara bilet alır. Yəni konkret olaraq son səfərə hazırlaşır. Bununla yanaşı, uzaqda, üfüqdə maraqlı peyzajlar görür: sıx meşələr, ucsuz-bucaqsız sahələr, isti dənizlər, hündür dağlar. Bir çox pasient yuxudan göz yaşı içində ayılır və uzun müddət özünə gələ bilmir.

Tədqiqatda 13 mindən çox insan iştirak edib və onlardan 88%-i ölümdən əvvəl qəribə və parlaq yuxu görüblər. Qeyri-adi yuxular sağalmaz xəstəliyi olan insanlarda ölümdən 10-11 həftə əvvəl başlayır. Ölümə 3 həftə qalmış isə yuxular daha fantastik olur. Alimlər hələ də bunun izahını tapa bilmirlər. Təbii ki, materialistlərin fikrinə əsasən, ölümdən əvvəl beyin çox sayda “xoşbəxtlik hormon”u ifraz edir. Bununla da dünyasını dəyişəcək şəxsin son günlərini daha da rahatlaşdırır.

Metafizik izaha görə, insan ruhu ölümdən əvvəl artıq bədəndən ayrılmağa başlayır və başqa ölçülərdə, dünyalarda üzür...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Psixoloji şəkil TESTİ: Gələcəyiniziortaya qoyacaq
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO