Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10740
az

Ən faydalı içkilərin SİYAHISI

23:5610 Mart, 2019
682
  • A
Məlum olduğu kimi insan orqanizminin 70 faizi mayedən ibarətdir. Bu səbəbdən də faydalı və təbii içkilər qəbul etmək çox faydalıdır. Qazlı su, paketlənmiş şirə, yoqurt və şeykləri unudun.
Bunlar çox ziyanlıdır. Milli.Az ölkə.az-a istinadən ən faydalı içkilərin siyahısını təqdim edir.
1.Su
Təmiz su içmək toksinləri bədəndən xaric etmək, mədə-bağırsaq sisteminin normal işləməsi üçün, ürək və damarlar üçün çox faydalıdır.
2.Mərcanı kompotu
Mərcanı kompotu hərarəti aşağı salır. Bu içkinin tərkibi C vitamini ilə çox zəngindir. Toksinləri bədəndən xaric edir, aktivliyi artırır, sidikqovucu effektə malikdir.
3.Nar şirəsi (təbii)
Nar şirəsi A, C və E vitaminləri ilə çox zəngindir. Bundan başqa nar şirəsinin tərkibində sink, selen, fosfor, kalsium və dəmir var. Hipertoniya və animiyadan əziyyət çəkənlərə faydalıdır. Ürək-damar sistemini gücləndirir. Amma unutmaq lazım deyil ki, nar şirəsini həddən artıq içmək olmaz.
4.Nanəli çay
Nanə həzmi yaxşılaşdırır, təzyiqi aşağı salır, mədə şirəsi ifrazını stimullaşdırır, əsəbləri sakitləşdirir, yuxusuzluğa müsbət təsir edir.
5.Kefir
Kefirin tərkibində xüsusi bakteriya və göbələklər var. Kefir qəbul etmək immunitet sistemini möhkəmləndirir, mədə-bağırsaq sistemi fəalliyətini normallaşdırır. Kefirin tərkibində maqnium, kalsium, natrium, fosfor və selen var.
6.Alma şirəsi
Alma şirəsi böyrək, sidik kisəsi, qara ciyər və damarlar üçün faydalıdır. Alma şirəsi bağırsaqların fəaliyyətinə müsbət təsir edir, toksinləri xaric edir.
7.Çobanyastığı çayı
Antibakterial effektə malikdir, əsəbləri sakitləşdirir. Bu çay bağırsağın normal mikroflorasını bərpa edir, ağrıkəsici effektə sahibdir.
8.Kakao
Kakao qan təzyiqini normallaşdırır, ürək-damar sistemi xəstəliklərinin yaranma riskini azaldır. Təbii antidepressant və stimulyatordur. Tərkibi mikro elementlər və vitaminlərlə zəngindir.
9.Qırmızı çaxır
Bu içki ürək və damarlar üçün çox faydalıdır, əla antioksidantdır. Qırmızı çaxır xərçəng hüceyrələrinə qarşı mübarizə aparır. Amma həddən artıq içmək olmaz. Gün ərzində 150 qram normaldır.
10.Pivə
Pivə çox faydalı bitkidir. Amma onu gün ərzində yarım litrdən çox qəbul etmək olmaz. Bu əla sidikqovucu içki orqanizmdə maddələr mübadiləsinə müsbət təsir edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yorğun olanda gözlərimizi ovuşdurmağın SƏBƏBLƏRİ
Azərbaycanda professor vəfat etdi - FOTO
Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu