Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10591
az

İnsan bu 7 xüsusiyyəti aradan aparsa, Allaha yaxınlaşar

23:1105 Mart, 2019
707
  • A
Əgər Allaha yaxınlaşmağa mane olan amilləri tanımaq istəyiriksə, bizə bu yolda Quran yolgöstərən ola bilər. Qurani-Kərim Allaha yaxın olmağın yollarını bəyan etdiyi kimi, onun maneələrini də bizə tanıtmışdır.
Oxu24. bildirir ki, bu amillər ilə tanış olaq.

1. Quran ayələrindən üz çevirib, onları inkar etmək. "Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ". ("Ali-İmran" 21).

2. Şeytanın (lən) davamçısı olmaq. "Onlar iman gətirənlərlə görüşdükləri zaman "iman gətirdik" deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə "şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq" deyərlər". ("Bəqərə" 14).

3. Havayi-nəfsin ardınca getmək. "Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!". ("Furqan" 43).

4. Təcavüzkarlıq. "Və onu ancaq həddini aşan, daim günah edən şəxs təkzib edər. O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman "Bu keçmişdəkilərin əfsanələridir" - deyər. Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır. Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar". ("Mutəffifin" 12-15).

5. Dünya sevgisi. "Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır". ("Bəqərə" 86).

6. Şirk. "Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər "biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik" (deyirlər). Həqiqətən Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (Qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz". ("Zumər" 3).

7. Günah. "Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar". ("Bəqərə" 81). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət xallarından xilas edən təbii üsul
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO
Qazancımızın çoxunu niyə ərzaq məhsullarına xərcləyirik? - Ekspert

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO