Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10544
az

Qurani-Kərimdə ilahi alimlərin 5 xüsusiyyəti

20:1304 Mart, 2019
795
  • A
Qurani-Kərim baxımından ilahi alimlər aşağıdakı xüsusiyyətlərə sahib olmalıdırlar:

1. İman və əql sahibidirlər:

...وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ

"...Elmdə qüvvətli olanlar deyərlər: "Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır." Bunları ancaq ağıllı adamlar dərk edərlər." ("Ali-İmran", 7.)

2. Şücaətli olar və yalnız Allahdan qorxarlar:

...إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء...

"...Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxarlar... " ("Fatir", 28.)

Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, qüdrət nişanələrini, heybət və əzəmətini daha yaxşı dərk edir və Ondan daha çox qorxurlar!

3. Gecə ibadətləri və münacatları ilə məşğul olarlar:

أَمَّنْ هُوَ قَانِتٌ آنَاء اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ...

"Məgər gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və təvazökarlıqla (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən (müti bəndə əzab içində olan kafirlə birdirmi)? De: "Məgər bilənlərlə bilməyənlər birdirlər?..." ("Zumər", 9.)

4. Səcdə edər və ağlar gözə sahib olarlar:

...إِنَّ الَّذِينَ أُوتُواْ الْعِلْمَ مِن قَبْلِهِ إِذَا يُتْلَى عَلَيْهِمْ يَخِرُّونَ لِلأَذْقَانِ سُجَّدًا. وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولاً. وَيَخِرُّونَ لِلأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا

"...Şübhəsiz ki, ondan əvvəl elm verilmiş kimsələr yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə düşərlər və: "Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin əmri mütləq yerinə yetəcəkdir!" - deyərlər. Onlar üzüstə səcdəyə düşüb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar." ("İsra", 107-109.)

5. Dünyagir olmazlar:

...قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا أُوتِيَ قَارُونُ إِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍ. وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ اللَّهِ خَيْرٌ لِّمَنْ آمَنَ وَعَمِلَ صَالِحًا وَلَا يُلَقَّاهَا إِلَّا الصَّابِرُونَ

"Dünya həyatını istəyənlər dedilər: "Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük qazanc sahibidir! (İlahi və din) elm(i) verilmiş kəslər isə belə dedilər: "Vay sizin halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (Qarunun bütün sərvətindən) daha yaxşıdır və onu da yalnız səbirlilər əldə edərlər!" ("Qəsəs", 79-80.) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada növbəti terror təhlükəsi!
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
Beyin sağlamlığı üçün ən yaxşı 5 balıq növü

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət