‡агрузка...

Dırnaq gözünüzə girsin, ya girməsin?

Bir gün görürlər Həzrəti İsa (ə) həyəcanla qaçır. "Hara qaçırsan, ya İsa?", -soruşurlar.  - "Sən, xəstələrə şəfa verən, ölüləri dirildən, kimdən qaçırsan axı?"

Peyğəmbər də cavab verir: "Mən cahillərə bata bilmədim, onların əlindən qaçıram..."

Oxu24.com bildirir ki, hər dövrün, hər ictimai formasiyanın öz cahilləri olub. Tarix onların bəziləri haqqında kinayə, bəziləri haqqında qəzəb, bəziləri haqqında isə nifrətlə xatırlayır. Bizim dövrün də öz cahilləri var. Başqa ölkələrdə onların hansı xüsusiyyətlərə malik olduğunu demək çətindir. Ən azından onlara Azərbaycan cahilləri kimi bələd deyilik. Amma yerli cahilləri bir neçə qrupa bölə bilərik.

Cahil var ki, həyatını cahilcəsinə sürür, heç kimlə işi yoxdur, dünyanın dərinlikərindən bixəbərdir, dünya görüşü də "sıfır". Beləsi ilə üz-üzə gəlməsən səni narahat etməz, əhvalını pozmaz. O, öz həyatını yaşayır, sən də özününkünü. Nə gözəl! Əlbəttə ki, sənin üçün.

Amma cahil var ki, birinci qeyd etdiyimizə tam zidd keyfiyyətlərə malikdir. Bu cahil ya özü, ya kiminsə "yardımı" ilə özündə bir inam yaradıb ki, bu dahidir, fenomendir, abiddir, kamillik zirvəsini fəth etmiş fərddir. Və bunu çağırmağa ehtiyac yoxdur, özü mütləq gəlib səni tapacaq, "nəsihətlərini" bildirəcək, "dəyərli" iradlarını ifadə edəcək. Ondan qaçmaq, gizlənmək isə əsla mümkünsüz bir şeydir, heç ağlınıza belə gətirməyin. Heç gözləmədiyiniz yerdə, qəfildən yaxalayacaq sizi. Və... Gününüzü qara edəcək, Allah işığını tükəndirəcək sizə. Bax, bu ikinci qrup cahillər də günü-gündən artmaqdadır. Fikir vermişiniz? KİV mənsubu olaraq biz bunun bəlkə də, daha çox şahidi oluruq. Elə bu yazının ərsəyə gəlməsinə də, necə deyərlər, səbir kasamızın daşmasına səbəb də elə ikinci qrupdan olan cahillərin bizə dərs vermək fikrinə düşməsidir... Təsəvvür edin ki, İNSANLAR dırnaq işarəsinin nə olduğunu bilmirlər, onu sanki görmürlər, görürlərsə də, nə olduğunu anlamırlar. Əks təqdirdə "Qurandakı "səhvlər" cümləsinə görə ünvanımıza olmayan təhqirləri yağdırardılarmı, bizi küfrdə, imansızlıqda, hətta  kimə isə "işləməkdə" ittiham edərdilərmi? Bütün bunlar adamın beynində cərəyan edən proseslərdən tam dolğun məlumat verir, əlbəttə ki, beyin varsa... Halbuki, məqsədimiz Müqəddəs Kitabda səhv axtaranları ifşa etmək, onların iddialarını puç etmək idi.

Amma hər işdə bir xeyir var. Bu şərhlərin, "iradların" da bizə xeyri bir daha Allaha sonsuz şükür etmək oldu. Həmd olsun Yaradana ki, bizi bu dəstədən uzaq edib, ən azından dırnaq işarəsini barmağımızdakı dırnaqdan fərqləndirə bilirik.
loading...




Paylaş:


21-fev, 2019 153
loading...
Загрузка...
loading...