Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10125
az

Bakıda ŞOK! 4 il əvvəl ölmüş şəxsə cərimə yazıldı,guya maşın sürürmüş

16:1720 Fevral, 2019
659
  • A
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vəfat etmiş şəxsə inzibati cərimə yazılmasına münasibət bildirib.

İdarədən Oxu24.com-a bildirilib ki, “Nissan Patrol” markalı, 90-FH-041 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 19.10.2018-ci il və 04.01.2019-cu il tarixlərdə törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib: "Həmin qayda pozuntuları üzrə icraat aparılarkən qeyd olunan inzibati xətaların dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyi aşkar edildiyindən, qanunvericiliyin tələbinə əsasən, həmin dövlət qurumuna müvafiq sorğu göndərilib. Lakin, sorğu ilə bağlı BDYPİ-yə təqdim olunan məlumatda sözügedən nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxsin sürücülük vəsiqəsinin seriyasında “F” hərfi “C” kimi göstərildiyi üçün inzibati tənbeh vermə haqqında elektron qərarlar yanlış olaraq başqa şəxsin adına tərtib edilib. Hazırda, qeyd olunan uyğunsuzluq BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində aradan qaldırılıb, təqsirkar şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar tərtib edilib".

{banner_reklam}

Baş DYP Idarəsi yol hərəkəti iştirakçılarına müraciət edərək bir daha xahiş edir ki, analoju uyğunsuzluqla rastlaştdıqları hallarda, Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya “902 Qaynar Xətt” mərkəzinə müraciət etsinlər.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişdi
Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
Dişlərin saralmasının əsas 9 səbəbi

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət