‡агрузка...

Qaraciyər və gözləri möhkəmləndirən məhsullar

Gözlərin sağlam olması və görmə qabiliyyətini gücləndirmək üçün qida rasionuna bu məhsulları daxil etmək vacibdir.

Oxu24.com oxucuları qaraciyər və gözlər üçün faydalı məhsullarla tanış edib.

Balqabaq və günəbaxan tumları

Qabaq və günəbaxan tumları özlüyündə təbiət enerjisi sayılır. Günəbaxan toxumu göz üçün əla qidadır. Onların tərkibindəki В2 vitamin fotofobiyanı aradan qaldırmağa kömək edir. Onlar eyni zamanda D vitamini ilə zəngindir. Günəbaxan çiçəkləri üzünü həmişə Günəşə doğru çevirir, bunun nəticəsində Günəşdən çoxlu parlaq həyat verən işığı - D vitamini udurlar. Odur ki, hər gün bir xörək qaşığı günəbaxan və ya balqabaq tumu yesəniz, çox qısa müddətdə müsbət effektini əldə edəcəksiniz. Görmə qabiliyyəti möhkəmlənəcək, gözlərin günəş işığına qarşı həssaslığı isə aradan qalxacaq.

Yerkökü

Yerkökü və yerkökü suyu skotopik görmə (gecə görməsi) problemini həll edir. Yerkökü çox miqdarda A vitamini ehtiva edir. Bədəndə qaraciyərdə ehtiyat kimi saxlanıldığı üçün gündəlik olaraq böyük miqdarda vitamin A istehlak etmək lazım deyil. Görmə qabiliyyətini gücləndirmək, beta-karoten və A vitamininə olan ehtiyacınızı tam təmin etmək üçün həftədə bir stəkan yerkökü suyu və ya beş yerkökü yemək kifayətdir. Lakin həkimlər dərmansız və ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən yerkökü almağı göstərir. Supermarketlərdən olan yerkökülərdə zərərli kimyəvi gübrələr, habelə pestisidlər cəmlənib. Belə sintetik kimyəvi maddələr immun sistemimizə son dərəcə dağıdıcı təsir göstərir, xüsusilə yeni nəsilə daha çox zərər verir.

"Ticari" anoloqundan fərqli olaraq, ekoloji baxımdan təmiz olan yerkökülər təbii dad və şirinliyə malikdir, dörd dəfə daha çox vitamin, mineral və faydalı mikroelementlər ehtiva edir. Odur ki, onlar şəfalı xassələri ilə daha güclü təsir göstərir. Təbii meyvə və tərəvəzlər yesəniz, qidalanma və sağlamlıq qanunlarına əməl etsəniz, onda təbiət sizi qanadları altına alacaq.

Şəfalı bitkilər

Qarağat və moruqdan hazırlanmış bitki çayları, həmçinin yerkökü skotopik (gecə görməsi) görmənin inkişafını təmin edir. Cəfəridə isə fotopik görməni yaxşılaşdıran B2 vitamini var.

Əsrlər boyu çatılotu çayından gözlər üçün şəfa mənbəyi kimi istifadə edilib. Bir stəkan qaynar suya bir çay qaşığı çatılotu töküb 20 dəqiqə saxlayın və hər gün için.

Zəncirotunun köklərindən hazırlanan çay da uzağı görməmə probleminə çox yaxşı kömək edir.

Çin gavalısından və xrizantemin ləçəklərindən hazırlanmış çaylar qaraciyəri zəhərdən təmizləmək qabiliyyəti və gözlərə müalicəvi təsiri sayəsində Şərqdə yüksək qiymətləndirilir.

Birinci ay ərzində Çin gavalısının və xrizantemin ləçəklərindən hazırlanan çay için, növbəti ay çayılotu və zəncirotundan hazırlanmış çaya üstünlük verin.

Sətəlcəmə qarşı əlavə vasitə sayılan biyan kökü gözlərə də xeyirli effekt göstərir. Hesab edilir ki, biyan yaddaşı və ağılın aydınlığını yaxşılaşdırır. Yarım çay qaşığı biyan kökü tozunu ilıq su ilə qarışdırıb hər gün için, yaxud da kiçik bir tikə biyan kökü yeyin. Ayuverda həkimi Vinod Verma gözlər üçün biyan kökü məsləhət görürdü. O deyirdi ki, 35 yaşından sonra profilatka üçün gözlərin görmə qabiliyyətinin pisləşməsinə qarşı biyan kökü istifadə edin.

Qaraciyəri təmizləyən və gözləri möhkəmləndirən vasitələr

Şirin kartof, balqabaq, kartof, pomidor, çuğundur, zəncirotunun yarpaqları, kərəviz, kələm, gül kələmi, brokkoli, təzə yaşıl noxud, zeytun, qırmızı turp, göbələk, üzüm, qaragilə, moruq, gavalı, qara gavalı, manqo, qreypfrut, limon, günəbaxan və balqabaq tumu immun sistemini möhkəmləndirib gözləri sağlamlaşdıracaq. Yaşıl tərəvəzlər görmənin keyfiyyətin yaxşılaşmasına və iltihabların qarşısının alınmasına imkan yaradır. Göyərtilər və yaşıl tərəvəzlər də görmənin keyfiyyətin yaxşılaşmasına və iltihabların qarşısının alınmasına imkan yaradır.

Tam taxıl məhsullarına isə göz təzyiqini və bütün əsəb sistemini sakitləşdirən vitamin kompleksi daxildir. Zülalla zəngin olan yulaf gözlərə və saça parlaqlıq verir, həmçinin dırnaqları gücləndirir. Həmçinin öküzboğan, itburnu, terminaliya xebula, dərman fillantusu qaraciyəri təmizləməyə və görməni bərpa etməyə kömək edir.
loading...




Paylaş:


19-fev, 2019 131
Загрузка...
loading...
loading...