Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10018
az

Bunu edin, 10 il cavanlaşın

11:5217 Fevral, 2019
555
  • A
Daimi idmanla məşğul olmaq insanı 10 il cavanlaşdırır və beyin funksiyalarını yaxşılaşdırır. Yeni tədqiqatlara görə, aerobika üzrə məşqlər böyüklərdə beynin boz maddəsinin miqdarını artırır.

Alimlər inanırlar ki, hətta pilləkənlə qalxmaq belə, bilik və yaddaş funksiyalarına müsbət təsir göstərir. Eyni zamanda, bu hərəkətlərin yaşınıza uyğun olaraq, fiziki fəaliyyətinizə də müsbət təsirləri olacaq.

Oxu24.com bildirir ki, 40 yaşlı insanlar 10, 60 yaşlılar isə 20 yaş gəncləşir. Qeyd edək ki, 20 yaşdan 67 yaşa qədər olan 132 insan arasında tədqiqatlar aparılıb. Məlum olub ki, ən çox effekt verən aerobika ilə məşğul olmaqdır. Bu, hətta əzələlərin işlədilməsindən belə yaxşı nəticə verir.

Bu araşdırmanın müəllifi, Kolumbiya Universitetinin Tibb Mərkəzinin professoru Yaakov Stern qeyd edir ki, aerobik çalışmalarla heç bir dərman qəbul etmədən beynin qocalmasını ləngitmək və demensiyanın (ağıl, yaddaş zəifləməsi) qarşısını almaq olar.

Araşdırmaların nəticələri məşhur "Neurology" jurnalında çap edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
Kəmaləddin Heydərov müşavirə keçirdi
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTO/YENİLƏNDİ

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO