Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10016
az

Yuxusuzluğun fəsadları

10:3817 Fevral, 2019
927
  • A
 Yuxu pozulmalarının 90-dan çox növü var. Müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə və ani ölümə gətirib çıxara bilər. İnsan həyatının üçdə birini yuxuda keçirir. Yuxu, bədənimizə istirahət, canlanma, yenilənmə kimi təsir edir. Bəzi vacib hormonlar, xüsusilə melatonin və böyümə hormonu yuxuda ifraz edilir. Hər gün 8-8,5 saat gecə yuxusu sadəcə, beyin üçün deyil, digər orqanların da normal işləməsi üçün vacibdir.
Oxu24.com bildirir ki, yuxusuzluq tibdə insomnia adlanır və yuxu pozulmasının bir növüdür. Müalicə edilmədikdə zamanla bir sıra ciddi xəstəliklər üçün zəmin yaradır. İnsanların yarısı həyatının bir dönəmində yuxusuzluq problemi yaşayır, amma təxminən 20%-ə qədəri xroniki yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluğun bir xəstəlik kimi qəbul edilməsi üçün onun ən azı 3 ay davam etməsi lazımdır.

Yuxusuzluğu olan insanlar üzərində dünyanın bir sıra aparıcı mərkəzlərində araşdırmalar aparılıb. Məlum olub ki, gecə 6 saatdan az yatan insanların sağlamlıq problemləri yaranır. Bu sağlamlıq problemləri arasında, əsasən, yüksək qan təzyiqi, ürək xəstəlikləri, şəkər xəstəliyi, piylənmə, depressiya və ani ölumlər yer alır. Neyro-radioloji araşdırmalar göstərir ki, yuxusuzluq sonrası beyin zehni fəaliyyət göstərmək üçün daha çox güc sərf etməyə məcbur olur. Yuxusuzluqdan əziyyət çəkən insanlarda demək olar ki, hər gün baş ağrısı, halsızlıq, yorğunluq, diqqət əksikliyi, yaddaşda azalma, problem həll etmə, iş və öyrənmə qabiliyyətinin azalması müşahidə edilir. Beləliklə, həyat keyfiyyəti aşağı düşür. Bu insanların iş və yol qəzaları törətmə halları artır.

Xroniki yuxusuzluq immun sistemini də zəiflədir və xərçəng xəstəliyinə səbəb ola bilir, hətta genimizi dəyişərək mutasiyaya gətirib çıxarır.
Hamilələr xüsusilə yuxu rejiminə diqqət etməlidir, çünki onların yuxusuzluq zamanı gördüyü zərərə döl də məruz qalır.

Digər yuxu pozulmaları arasında yuxuda gəzmə, xorultu, yuxu apnoesi, gündüz çox yatma, yuxuda sidiyə çıxma, yuxuda kabuslar və s. yer alır.

Müalicəsi olmayan yuxu pozulması yoxdur. Yuxusuzluğu olan insanlar nevroloji müayinədən, yuxu testlərindən keçməli, fərdi müalicə almalıdırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanla Qazaxıstan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO
Zelenski Çasov Yara getdi
İnsan qanı ilə qidalanan bakteriyalar aşkarlandı - FOTO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş