Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93619
az

Yaxınlaşan İnsultun 8 ƏLAMƏTİ - Bədən Xəbərdarlıq Edir

21:3209 Avqust, 2023
842
TİBB
  • A

İnsult dünyada “ikinci ölüm səbəbi”dir. Odur ki, xərçəngi, avtomobil qəzalarını unudun və beyninizə ötürülən qan tədarükünü düşünün. Hazırda beyniniz kifayət qədər qan və oksigen alır; siz bundan əminsiniz. Çünki insultdan əvvəl-beyninizin yalnız kiçik bir hissəsində oksigen və qida çatışmazlığı olanda tez-tez mikroinsult baş verir.

Bəs, yaxınlaşan insultu necə təyin etmək olar? 
İntensiv qalxan baş ağrıları, qulaqlarda səs və başgicəllənmə xəbərdarlıq əlamətləri ola bilər. Gəlin, görək, insult nədir? Beyinə kifayət qədər qan çatmaması durumudur.  Məsələn;  qan laxtalanması, damarlardakı  xolesterol tıxacları səbəbindən baş verə bilər. Qan oksigen daşıyır, yəni, kifayət qədər qan tədarükü olmadıqda beyin hissələrində oksigen aclığı meydana gəlir. İnsultun təzahürü və nəticələri beyinin hansı hissəsinin bu möhtaclığı çəkməsindən asılıdır. Nəticədə, əl-ayaqlarınız işləməyə bilər, qismən iflic ola bilər, nitq və qavrayış ləngiyə bilər və s... Bədəninizin verdiyi siqnalları diqqətlə izləsəniz, insultun qarşısını vaxtında ala bilərsiniz. 

Bədəniniz sizi mümkün insult barədə necə xəbərdar edəcək?

1. Hallüsinasiya. Vizual, eşitmə, toxunma, dad hallüsinasiyaları ola bilər. Hissləriniz sizi aldada bilər. Lakin siz nəyinsə düzgün olmadığından şübhələnirsiniz. Başlayırsınız səbəblər axtarmağa. Məsələn; yorğunluğa yozursunuz olanları,  stressdən şübhələnirsiniz.  Əgər müntəzəm olaraq, hallüsinasiyalar görürsünüzsə, eyni zamanda, heç bir neyroleptik qəbul etmirsinizsə, o zaman demək, hisslərinizin aldanmasının mənbəyi  beyindədir. Beyinə oksigen çatmırsa, hüceyrələr yanlış neyroimpulslar verərək, ölməyə başlayır. Bunlar  hüceyrələrin “ölümqabağı çığırtısı”dır;  mütləq nəzərə alınmalıdır. 
2. Tunel görməsi. “Tunel görməsi sindromu” uzunmüddətlidirsə, insultla heç bir əlaqəsi yoxdur. Belə olan halda, bir oftalmoloqa müraciət etməlisiniz.  Lakin qəfildən, elə yol gedərkən yan tərəfləri görmədiyinizin fərqinə varırsınızsa, həkimə müraciət etməyi təxirə salmayın. Bu, beyinin qan təminatının zəifləməsinin işarəsidir.  Ümumiyyətlə, görmə və ya eşitmədə hər hansı qəfil dəyişiklik “həyacan siqnalı” kimi dəyərləndirilməlidir. Məsələn; qulaqlarda daimi küy olması,  səsin artıb-azalması və ya gözlərdə ləkələr, bulanıq görmə.
3. Kəskin və şiddətli baş ağrısı. Baş ağrısı ilə bağlı vəziyyət bir az mürəkkəbdir. Başında ağrı olan hər kəs həkimə qaçsaydı, o zaman bütün xəstəxanalar dolu olardı. Başda ağrı xəstəliklərdən sonrakı dönəmdə, ağır iş günündən sonrakı yorğunluqda, iqlim, təzyiq dəyişmələri zamanı olur. Ancaq insultdan əvvəlki baş  ağrısını başqası ilə qarışdırmaq çətindir. Bu ağrı uzunmüddətli və dəyişkən deyil- qəfil başa dəyən zərbəni xatırladan kəskin və güclü ağrıdır. Əgər belə ağrılarınız varsa, hökmən həkimə müraciət edin.
4. Bədən simmetriyasının itirilməsi. Bütün insanlar təbiətcə asimmetrikdir: bir gözü digərindən böyükdür, bir ayağı digərindən qısadır, ensizdir və s.  Ancaq biz fizioloji simmetriyadan yox, patoloji dəyişikliklərdən danışırıq. Bir neçə sadə test edin. Güzgü qarşısında durun və eyni vaxtda qollarınızı yanlara qaldırın. Hər iki əl eyni sürətlə qalxır? Cavab “yox”dursa, demək,  işlər qaydasında deyil.  Bunu ayaqlarınızla və dilinizi çölə çıxartmaqla da yoxlaya  bilərsiniz.  Dilinizi çölə çıxarın, asta-asta, addımlarınızı eyni məsafə ilə ataraq, yeriməyə çalışın. Sağda və ya solda-hər hansı tərəfdə nəzərəçarpacaq dərəcədə ləngimə varsa, həkimə müraciət etməlisiniz. Axı əzələlərin hərəkətinə beyin cavabdehdir. 
5. Nitqin pozulması. Sözləri unudursunuz? Cümlələri qarışdırırsınız? Və ya qeyri-müəyyən şəkildə tələffüz edirsiniz? Düzdür, beyin pozğunluqlarında xəstənin özü nitqindəki dəyişiklikləri hiss etmir. Lakin ətrafdakılar -qohumlar və dostlar “həyəcan təbili” çala bilər. Bu təbilin səsini eşidirsinizsə,  söylənənləri irad kimi qəbul etməyə tələsməyin. Əksinə, dinləyin  ki, insult qapınızı çalmamış tədbir görə biləsiniz. Daha nadir rast gəlinən bir simptom  da var: həmsöhbətin danışdıqlarını anlamaq qabiliyyətinin itirilməsi. Bunun  2 izahı var: a) ətrafınızdakı insanların hamısı dəli olub; b) beyin hüceyrələriniz sürətlə ölməyə başlayıb. Həyatınızla lotereya oynamayın. Həkimə müraciət edin. 
6. Qan təzyiqində sıçrayışlar. İnsultun əsas səbəblərindən biri damarların elastikliyinin itirilməsi və damar divarlarının tıxanıqlığıdır. Qan damarları ilə bağlı problemlər olduqda, hər iki xəstədən biri təzyiqin yüksəlməsi ilə qarşılaşır. Xroniki hipertoniyada sabit yüksək təzyiq olduqda həkimlər, müntəzəm olaraq, damarları xolesterol yığıntılarından təmizləməyi və toksinləri qandan çıxarmağı məsləhət görürlər. Təzyiqiniz qəfil yüksəlibsə, əvvəllər, təzyiqlə bağlı heç bir probleminiz olmayıbsa, insultun qarşısının alınması barədə düşünməyə dəyər. Təcili olaraq, müayinə olunmalısınız. Bir dəfə tıxanma olubsa, kim zəmanət verə bilər ki, növbəti dəfə beyin damarları tıxanmayacaq?

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü