Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93398
az

Alimlər: Şəkər qəbulu böyrək daşlarına səbəb ola bilər

21:0004 Avqust, 2023
729
TİBB
  • A

Qidalanmada sərhədlər: Şirniyyat və dondurma istehlakı böyrək daşlarına səbəb ola bilər

 

Əlavə edilmiş şəkər yemək böyrək daşı riskini artırır.

 

Oxu24.com xəbər verir  ki,Bu qənaətə Şimali Siçuan Tibb Kollecinin alimləri gəlib.

 

Onların araşdırmasının nəticələri Frontiers in Nutrition jurnalında təqdim olunub.

 

Alimlər 28 000-dən çox yetkin qadın və kişi haqqında məlumatları təhlil ediblər. Tədqiqat zamanı onlar böyrək daşlarının olduğunu bildirdilər. Bundan əlavə, iştirakçılar son 24 saat ərzində şərbət, bal və ya saf şəkər yediklərini dəqiqləşdirməli idilər.

“Frontiers in Nutrition” nəşri qeyd edir ki, sonda məlum olub ki, pəhrizdə əlavə olunan şəkərlərin nisbəti nə qədər çox olarsa, böyrəklərdə daşların yaranma ehtimalı da bir o qədər yüksəkdir.

Tədqiqatçılar cinsi, yaşı, çəkisi, gəliri, qidalanma keyfiyyəti, şəkərli diabet və siqaret çəkmə vəziyyətini də nəzərə alıblar.

Məlum oldu ki, şirniyyatda, dondurmada və ya bişmiş məmulatlarda olan əlavə şəkərin istehlakını məhdudlaşdırsanız, böyrək daşlarının əmələ gəlməsinin qarşısını almaq olar.

Qeyd edək ki, xəstəliyin əlamətləri şiddətli ağrı, ürəkbulanma, qusma, titrəmə və qanlı sidikdir.

Bir neçə ay əvvəl mərkəzin direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Natalya Mokrışeva demişdi ki, böyrək daşlarının əmələ gəlməsinə səbəb piylənmə ola bilər. Bu da şəkərli diabetə, bir sıra ürək-damar xəstəliklərinə, arterial hipertoniyaya, yağlı hepatozlara, onkopatologiyaların inkişafına və sonsuzluğa səbəb olur.

 

Müəllif: Aynurə Məcidova 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR