Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9243
az

D vitamini orqanizmə nə üçün lazımdır?

20:3824 Yanvar, 2019
3112
TİBB
  • A
 İlk olaraq qeyd edək  ki, D vitamini bir neçə formada olur.

Bu vitaminin D1,D2,D3,D4,D5 kimi formlar mövcuddur. Lakin insan orqanizmi üçün vacib rol oynayan D2 və D3 formalarıdır.

D vitamini onunla maraqlıdır ki, biz onu  yalnız qida məhsullardan deyil, günəş şüalarının dəriyə olan təsirində orqanizmin onu sintez etməsindən də ala bilirik. Məhz bu səbəbdən bir çox insanlar üçün bu vitamin uşaqlıqdan zaqarla assosiassiya edilir.

D vitamin nə üçün lazımdır?

D vitaminin əsas əhəmiyyəti kalsiy və fosforun yaxşı mənimsənilməsinə olan təsirindən ibarətdir. Bildiyimizə görə kalsiy sümüklərimiz üçün çox vacibdir, məhz bu səbəbdən sınıqlar zamanı  orqanizmi D vitamini illə lazımı dərəcədə təmin etmək lazımdır. D vitamini defisiti həmçinin ilk olaraq sümük hüceyrəsində özünü göstərdiyindən, uşaqlarda bu defisitlik raxit xəstəliyinə, yaşlılarda isə osteoporozun yaranmasına səbəb olur.

D vitamini həmçinin immun sistemin nizama salınmasında rol oynayır və sinir sistemi pozulmalarının qarşısını alır. Bundan əlavə onkoloqlar  pasientlərin çox hissəsinin orqanizmində lazımı dərəcədə günəş vitamininin olmasını müşahidə ediblər. D vitamini əzələ gücünün saxlanılması və yaşa dolduqda beynin normal funksiyası üçün çox vacibdir.

D vitaminin gündəlik norması...

Qida ilə əldə olunan D vitamini əsasən yaşayış şəraitindən asılıdır. Gündəlik norma 0,005-0,01 mqr sayılır. Lakin dəriniz gündəlik olaraq 20 dəqiqə günəş şüları  altında olursa, bu norma 2-3 dəfə azalır. Bu vitaminə olan gündəlik normanı balıqdan (tunes və ya qızılbalıq) almaq mümkündür. Bundan əlavə, balıq yağı, yumurtanın sarısı, pendir, kərə yağı və süd məhsulları yaxşı mənbə sayılır. Bitki qidalarına gəldikdə isə kartof, cəfəri, gicitkən və qarayoncanıın adını çəkmək olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib