Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90209
az

Çinlilər Bağırsaqlarını Belə Təmizləyir - HƏMİN RESEPT

21:1804 İyun, 2023
980
TİBB
  • A

Həyatımız boyu bağırsaqlarımızda xeyli miqdarda lazımsız tullantılar toplanır. Orqanizm heç də həmişə onları xaric etmək qabiliyyətinə malik olmur. Yoğun bağırsaqda olan zəhərli tullantılar qida maddələrinin mənimsənilməsinə və bütün orqanizmin fəaliyyətinə pis təsir göstərir. Buna görə də,   bədənin belə bir yükdən vaxtında xilas olmasına kömək etmək vacibdir. Videoda Çin təbabətinin düzgün qidalanma sisteminin köməyilə bunu necə etdiyini görəcəksiniz.

Toksinlər və şlaklar nədir? 

Bədənə xaricdən daxil olan və ya qidanın həzm prosesində əmələ gələn zəhərlər “toksinlər” adlanır. Etiraf etməliyik ki, keyfiyyətli, ekoloji cəhətdən təmiz və sağlam qidalarla qidalanmırıq. Buna həzm sisteminə mənfi təsir göstərən pis vərdişləri də əlavə edin. Ən təhlükəli toksinlər zəhərlənmə nəticəsində və ya ciddi yoluxucu xəstəlik zamanı yığılanlardır. 
“Şlak” tibbdə rəsmi olaraq, istifadə edilməyən bir termindir. Lakin alternativ təbabətdə bədəndəki bütün yad yığıntılar bu sözlə ifadə olunur. Xüsusilə, öd kisəsindəki və böyrəklərdəki daşlar, həmçinin, bağırsaqlardakı nəcis daşları buna misal ola bilər. Bəzi hallarda, onların miqdarı 5 kiloqrama belə,  çata bilər!

Toksinlər və şlaklar niyə yığılır? 
Qeyd etdiyim kimi, əsas səbəb pəhriz vərdişləridir. Əksərən, duzlu, yağlı,  emala məruz qalmış qidalar yeyirik. Məsələn;  fast-foodlar və yarımfabrikatlar. Bütün bunlar bədənin əsas filterlərinin - qaraciyərin, böyrəklərin və bağırsaqların işinə mənfi təsir göstərir. “Mənfi amil” siyahısına içməli suyun keyfiyyətsizliyi, tərəvəz və meyvələrin nitratlarla çirklənməsi, lazımi qədər maye qəbul etməmək, qazlaşdırılmış içkilərdən istifadə nəticəsində  su-duz balansının pozulması da daxildir.
Əlbəttə ki, siqareti və alkoqolu da unutmaq olmaz. Qidalanma vərdişlərilə yanaşı, hərəkətliliyin olmaması, artıq çəki və stress də bədəndə şlakların toplanmasına səbəb ola bilər. Bu amillər immuniteti azaldır və bədənimizdəki əsas proseslərin gedişatını  pozur. Birbaşa olaraq, həzm sisteminə, qida maddələrinin mənimsənilməsinə mənfi təsir göstərir. Beləliklə, dairə bağlanır və insanın səhhəti pisləşir.
Bədənin çirklənməsinin əlamətləri. 
Aşağıdakı əlamətlər bədənin toksinlərlə çirklənməsini göstərə bilər: 
1.  Yuxusuzluq və ayıla bilməmək; 
2.  Əzələlərdə zəiflik hissi; 
3. Qəbizlik və ya ishal; 
4. Sərt dəri, saç tökülməsi, dərinin qaşınması; 
5. Qısamüddətli işdən sonra yorğunluq; 
6. Mövsümi qrip epidemiyalarına məruz qalmaq; 
7. Dadbilmə qabiliyyətinin və iştahanın azalması; 
8. Əsassız əsəbilik və qəzəb; 
Özünüzdə bu simptomların yalnız üçdə birini hiss edirsinizsə, o zaman bədəndəki toksinlərin miqdarı çox da yüksək deyil. Amma indi onu təmizləməyə başlamaq lazımdır. Simptomların üçdə ikisi orta çirklənmə səviyyəsini göstərir. Sadalanan əlamətlərin, demək olar ki, hamısını hiss edirsinizsə, təhlükənin inkişafını gözləmədən, bağırsağın dərhal təmizlənməyə ehtiyacı olduğu həqiqətini qəbul edin. 

Bağırsaqları necə təmizləmək olar? 
Tibbin skeptik, bəzən isə mənfi qəbul etdiyi bir çox təmizləmə üsulları var. Xüsusən də, müxtəlif imalələr və günəbaxan yağı ilə limon suyundan istifadə həkimlər tərəfindən olduqca neqativ qarşılanır. Çünki bu üsullar bağırsaq disfunksiyasına, mədənin iltihabına və öd yollarında daşların hərəkətinə səbəb ola bilər. Nəticə çox təhlükəlidir, hə?  Mən sizə təhlükəsiz üsullar haqqında danışmaq istəyirəm. Sadəcə,  mütəmadi olaraq, dadlı və sağlam qidalar yemək lazımdır ki, bağırsağınız təmizlənsin. 
Hələ neçə əsr bundan qabaq, Çinli təbiblər bağırsaq hərəkətliliyini yaxşılaşdıran və ondan bütün toksinləri yumşaq şəkildə çıxaran bir sıra məhsulların müalicəvi xüsusiyyətlərini yazıya köçürüblər. 
Siyahıdakı ilk məhsul yosun və ya dəniz kələmidir. Yodla zəngin dəniz kələmi triqliseridlərin qanda həll olmasını təmin edir, orqanizmin turşu-qələvi balansını qoruyur, bağırsaqların hərəkətliliyini yaxşılaşdırır. Dəniz kələmi aşağı kalorili bir məhsuldur, eyni zamanda, stronsiumu bədəndən çıxara bilər. Bu qabiliyyəti sayəsində,  dəniz kələmi leykemiyanın inkişaf riskini azaldan profilaktik vasitə kimi çıxış edir.  Siz kələmi çiy yeyə bilərsiniz. Ətlə qızartmaq və ya buxarda bişirmək də mümkündür. 
İkinci vacib və əlverişli məhsul qəhvəyi düyüdür. Hamımız pəhrizimizin ayrılmaz hissəsi kimi düyüdən istifadə edirik. Ancaq bu dənli bitkinin ağ, cilalanmış versiyası yemək bişirmək üçün əlverişli olsa da, emal prosesində tərkibindəki   bir çox faydalı maddələri itirir. Bəli, cilalanma zamanı atılan qabıqda külli miqdarda faydalı maddələr var. Qəhvəyi düyü B və E vitaminləri, həmçinin, maqnezium, kalium, dəmir, sink və manqanla zəngindir. Bütün bunlar immuniteti və qan dövranını yaxşılaşdırır. Düyüdəki pəhriz lifi normal bağırsaq hərəkətliliyi və faydalı mikrofloranın inkişafı üçün vacibdir. Qəhvəyi düyünü bişirməzdən əvvəl, onu yaxşıca yumaq və 2 saat təmiz suda islatmaq lazımdır. Belə düyü sıyığını həftədə, ən azı, 2 dəfə yemək lazımdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı