Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89540
az

Köhnə Həkimlər MƏDƏALTI VƏZİ Bununla Təmizləyirdi!(VİDEO)

09:1321 May, 2023
1088
TİBB
  • A

Mədəaltı vəzi qidanın həzm olunmasında  iştirak edir və maddələr mübadiləsini tənzimləyir. Yağ turşularının  ürək, böyrək və əzələlər üçün vacib olduğunu artıq hamımız bilirik. Mədəaltı vəzi məhz yağ turşularının parçalanmasında iştirak edən xüsusi ferment istehsal edir.

Bundan əlavə, mədəaltı vəzi qanda şəkərin miqdarını tənzimləyən insulin  istehsalına da cavabdehdir.  Mədəaltı vəzi  qrelin ifraz edir. Qrelin insanda aclıq hissi yaradır, həmçinin, qidanın həzminə kömək edən əsas fermentlərdəndir:  işi karbohidratların, zülalların, yağların mübadiləsidir. 
 Mədəaltı vəzinin funksiyasının pozulması zamanı bir çox ciddi xəstəliklər meydana çıxır. Bunlara pankreatiti, şəkərli diabeti, pankreonekrozu, orqanlarda daş əmələ gəlməsini, yaxud şişləri misal  göstərmək olar.  Mədəaltı vəzinin  xəstəliklərinin ilkin simptomları bəzən ümumi səciyyələndirilir. Bunlar qarının yuxarı hissəsində və sol qabırğa altında qəfildən meydana gələn ağrılardır. Bəzən diskomfort  sol kürəkdə də hiss oluna bilir.  Mədəaltı vəzinin axım qabiliyyəti aşağı düşəndə  onun istehsal etdiyi fermentlər  daxildə depolanır. Bu da sancı verir. 
 Bəs, necə etmək olar ki, orqanın sağlamlığına nəzarət etmək mümkün olsun? 
 Ən birinci, sağlam və düzgün qidalanmadır.  Bəli,  rasionunuzu  dəyişməklə mədəaltı vəzidə iltihabi proseslərin irəliləməsinə mane olarsınız. Beləcə, vəziyyət daha da kəskinləşməz.  

 Orqanın sağlamlığı üçün təbii reseptlər. 
 Yediyimiz qidalar sağlamlığımıza və əhval-ruhiyyəmizə təsir edir, bir çox xəstəliklərin profilaktikasında mühüm rol oynayır.  Mədəaltı vəzinin xəstəliklərindən  danışırıqsa, xroniki pankreatiti  xüsusi qeyd etməliyik. Əgər sizin rasionunuzda yağlar üstünlük təşkil edirsə, əvəzində, zülal az miqdardadırsa, bu, mədəaltı vəzinin  fəaliyyətinə mənfi təsir edə bilər və onu gücə salar. Orqan məcbur olar ki, daha çox ferment istehsal etsin. Balanslaşdırılmamış qidalanma artıq çəki və yağlanma ilə, əksər hallarda da, qanda  triqliseridlərin səviyyələrinin artımı ilə  nəticələnir. Baş verənlər isə mədəaltı vəzidə yağların toplanmasının, pankreatitin inkişafının səbəblərindəndir.  
 Sizinlə xalq təbabətinin sınanmış vasitələrinin reseptini paylaşıram. 

1. Müalicəvi bitki qarışımı. Mədəaltı vəzinin iltihabının aradan qaldırılması və işinin stimullaşdırılması üçün istifadə olunan bu   qarışım ənənəvi tibbdə çox məşhurdur. Bərabər miqdarda  üyüdülmüş nanə yarpağı,  uca andız kökü, şüyüd toxumu,  dazı otunun qurusu, keşniş qurusu götürün. 2 xörək qaşığı bitki yağını bu bitki qarışımına əlavə edin. Üstünə 2 stəkan qaynar su tökün.  Ağzını örtün, 1-2 saat dəmlənməyini gözləyin. Hazır olanda, gündə 4 dəfə, hər dəfə  ½ stəkan olmaqla için.  Hər gün təzə-təzə hazırlayıb, içməyiniz tövsiyə olunur.  Dəmləməni pankreatitin istənilən formasında istifadə etmək mümkündür. Ancaq öd kisəsində daş varsa, əvvəlcədən həkimlə məsləhətləşməlisiniz. 
2. Uca andız və adi dəvədabanı. 1 çay qaşığı uca andız kökünü  1 çay qaşığı  adi dəvəbanı ilə qarışdırın. Üzərinə 250 ml qaynar su tökün. Qabı isti şala bükün ki, yaxşı dəmlənsin. 30 dəq sonra cuna ilə süzün. Hazır məhlulu 3 hissəyə bölün və gündə 3 dəfə için. Bu müalicə kursu 1 ay davam etməlidir. 
3. Əsməqovaq qabığı ilə məhlul. Mədəaltı vəzini təmizləmək və funksiyalarını bərpa etmək üçün, həmçinin, qaraciyər və mədənin işini normallaşdırılmaq məqsədilə qədim zamanlardan bəri, əsməqovaq ağacının qabığından istifadə edirlər. Qazana 300 qr əsməqovaq qabığı qoyun. Qabıqların üstünə çıxanadək su əlavə edin. Qazanı vam odun üzərinə qoyun və 30 dəq qaynadın. Sonra 12-14 saat gözlədin. Cuna ilə süzün. Hazır məhlulu gündə  2 dəfə- səhər və axşam, hər dəfə 50 ml olmaqla  qəbul edin. 
4. Tibet ödqovucu çayı. Tibet çayı mədəaltı vəzinin problemlərində geniş tətbiq olunur. Buna səbəb onun  tərkibindəki komponentlər və unikal xüsusiyyətidir. Çay orqanizmi tamamilə sağaldır. Mütəmadi olaraq, istifadə edilərsə, maddələr mübadiləsini normallaşdırır, bağırsağın  və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır. Onun hazırlanması üçün 100 qr qumluq ödotu, 100 qr dazı otu, 100 qr çobanyastığı çiçəyi, 100 qr tozağacı tumurcuğu götürün, bunları yaxşıca qarışdırın.   Qarışımı toz halına düşənədək üyüdün, şüşə qaba tökün. Hər axşam bu qarışımdan 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suda dəmləyin.  Cuna ilə süzün, üstünə ½  çay qaşığı bal əlavə edin. Axşam yeməyindən sonra xırda udumlarla için.  Tibet çayını pankreatitin kəskinləşməsi zamanı, həmçinin, mədəaltı vəzinin işinin bərpası  məqsədilə içə bilərsiniz.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib