Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88235
az

Təzyiq aşağı, nəbz yüksəkdir – Nə etməli?

23:0701 May, 2023
494
TİBB
  • A

Arterial təzyiq düşsə də, ürək ritminin, yəni nəbzin artması nəbzin qeyri-bərabər olduğunu göstərir.

Oxu24.com  xəbər verir ki, həkim – kardioloq Anna Koreneviçin sözlərinə görə, yüksək təzyiq xəstəsi üçün, məsələn, 110/70 təzyiq aşağıdır, digəri üçün normaldır. Normal təzyiq 130/80 olduğu halda, 90/60-a düşübsə, azalma göz qabağındadır və çox güman ki, insan bu zaman diskomfort hiss edəcək.

“Tonometrdə çox aşağı rəqəmlər görsəniz də, eyni zamanda özünüzü yaxşı hiss edirsinizsə, narahatlığa səbəb yoxdur. Belə təzyiq halda dəyişiklik yaratmır. Normal o deməkdir ki, təzyiq azaldıqda şiddətli zəiflik, tərləmə, ürəkbulanma, başgicəllənmə, baş ağrısı və ya tənəffüs problemi yoxdur.

Əgər təzyiq düşübsə və özünüzü pis hiss edirsinizsə, nəzərə alın ki, təzyiqi normallaşdırmaq üçün evdə qəbul edəcəyiniz heç bir dərman yoxdur. Onu yalnız təcili yardım həkimi edə bilər.
Təzyiqin düşməsi ilə nəbz refleksiv şəkildə sürətlənir, bu, qoruyucu reaksiyadır, ürəkdə 100 – 120 vuruşa qədər normaldır. Həkimlər bu vəziyyəti refleks taxikardiya adlandırırlar”.

Ürək döyüntüsünü azaltmaq üçün dərmanlar və ya digər preparatlar qəbul etmək olmaz. Kardioloqun fikrincə, özbaşına hansısa tədbir vəziyyəti ağırlaşdıracaq.

Təzyiqin azalması ilə ürək çox tez-tez, lakin qeyri-bərabər döyünməyə başlayırsa, bu təhlükəlidir. Təcili yardım çağırmaq mütləqdir.(medicina.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlanıb