Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
BÜTÜN XƏBƏRLƏR
87655
az

Hər Gün 1 Stəkan SARIMSAQ SUYU İÇİN - Möcüzə Baş Verəcək

17:1022 Aprel, 2023
757
TİBB
  • A

Hər gün sarımsaq suyu içsəniz nə baş verər? Bu gün sizə sarımsağın özündən daha faydalı olan sarımsaq suyundan danışacam. Əminəm ki, bu video çox insana şəfa olacaq.


Böyrəkləriniz sağlam olar. Böyrək infeksiyaları heç də xoşagələn deyil. Sarımsaq suyu bu mövzuda böyük fərqə imza atır. Bunu elm adamları da təsdiq edir. Hindistanın Pəncab Universitetində aparılan bir araşdırma sarımsağın böyrək xəstəlikləri və infeksiyasına səbəb olan bakteriyaları məhv etdiyi aşkarlanıb. Mütəxəssislər tövsiyə edir ki, böyrəkləri qorumaq və günə enerjili başlamaq üçün ya hər gün 3-4 diş sarımsaq yeyin, ya da hər səhər 1 stəkan sarımsaq suyu için. 
Qanı duruldur. Yüksək təzyiq və yüksək xolesterol kimi problemləriniz varsa, sarımsaq suyu xilaskarınız olacaq. Qida mütəxəssisləri bildirlər ki, sarımsaq lipid profiliniz üçün son dərəcə faydalıdır. Yəni, sarımsaq suyu içmək təzyiqinizi  stabilləşdirir. Həmçinin gün ərzində sarımsaq lətindən  60-100 qr  yemək qan təzyiqini aşağı salmaq üçün içilən dərman preparatları qədər təsirlidir.  Oksford Universitetinin  əməkdaşları isə müəyyən edib ki,  sarımsaq “pis xolesterol”un səviyyəsini 10-15% azaldır. 
Qanda şəkərin miqdarı nizamlanır. Qanda şəkərin səviyyəsinin yüksəlməsi də müasir dövrdə çox sıx rast gəlinən narahatlıqlardandır. Bir çox ciddi xəstəliklərin qaynağı olan bu  problemin həlli də sarımsaq suyundan keçir. Küveyt Universitetində aparılan bir tədqiqatda çiy sarımsağın qanda qlükozanın  səviyyəsini aşağı saldığı aşkarlanıb. Müntəzəm şəkildə sarımsaq suyu içmək üçün daha bir səbəbdir, deyilmi? 
Sümükləri möhkəmləndirir. Duzlaşma və oynaq ağrısı dünyada ən geniş yayılmış narahatlıqlar sırasındadır. Əgər siz də bu ağrılara məruz qalanlardansınızsa, rasionunuza sarımsaq suyunu daxil edin. Soğan, sarımsaq və bu kimi tərəvəzlərin çox yeyilməsi sümüklərin sağlamlığını qorumağa kömək edir.   Ümumi sümük sağlamlığı üçün vacib olan estrogenin ifrazının artması da sarımsağın hünərlərindəndir. Dolayısı ilə, səhər içilən 1 stəkan sarımsaq suyu sümükləri möhkəmləndirir və onların sağlamlığını dəstəkləyir. 
Görmə qabiliyyətini artırır. İranlı elm adamları bir araşdırma apardılar və sarımsağın gözdaxili təzyiqi aşağı saldığını aşkar etdilər. Türkiyəli mütəxəssislərin apardığı başqa bir tədqiqatda isə məlum olub ki, sarımsaq təhlükəli  göz xəstəliklərindən birinə-keratit`ə səbəb olan  mikroblarla savaşdan qalib çıxır. 
İdman məşqləriniz daha uğurlu olur. İdman etməyə gücünüzün və enerjinizin olmağını istəyirsinizsə, sarımsağa baş vurun. Bəli, sarımsaq suyunda ehtiyacınız olan hər şey var. Bir araşdırmada sübut olunub ki, ürəklə bağlı narahatlıq yaşayanlar sarımsaq suyu qəbul etdikdən sonra daha rahat və asan şəkildə idman edə bilirlər.  Yaponiyadakı Sağlamlıq  Araşdırmaları İnstitutunun (Health Sciences Research İnstitute in Japan)  əməkdaşları əmindir ki, sarımsaq idmandan sonrakı yorğunluğu xəfiflədir.
 İnsanlar ta qədimdən sarımsağın faydalarından xəbərdar idilər.  Əcdadlarımız yorğunluqdan yaxa qurtarmaq və iş qabiliyyətini artırmaq üçün tez-tez sarımsaq yeyirdilər. Bəzi yazılı mənbələr yunanların olimpiadalarda iştirak edənlərə sarımsaq yedirtdiklərini deyir. 
Beyinin funksiyasını sürətləndirir.  Sarımsaq suyu qocalığı ləngidir. Buna o, təzyiqi yüksəlməyə qoymaması və  xolesterol səviyyəsini nizamlaması  sayəsində nail olur. Tafts Universitetində (Tufts University)  2006-cı ildə  aparılan bir araşdırmada məlum olub ki, sarımsaq yaddaşın itirilməsi, diqqətin dağılması ilə özünü göstərən demansiyanın irəliləməsinin qarşısını alır.  Universitet əməkdaşlarının başqa bir araşdırmasında isə sarımsağın alzeymer riskini aşağı saldığı aşkarlanıb.  Qocalmanı sürətləndirən faktorlardan biri oksidativ xəsarətdir. Sarımsağın tərkibindəki antioksidantlar oksidativ xəsarətin qarşısını almaqda orqanizmin ən yaxın köməkçisinə çevrilir.  Səhərlər beyninizi oyandırmaq üçün 1 stəkan sarımsaq suyu içə bilərsiniz. 
Arıqladır. Kim arıq və gözəl bədən quruluşuna malik olmaq istəməz ki?! Səhər acqarına 1 stəkan sarımsaq suyu içmək həzm sistemini oyandırır və gün ərzində fasiləsiz, problemsiz işləməsinə zəmanət verir. Fransız araşdırmaçılar əmindir ki, sarımsaqdakı kükürd birləşmələri yağ hüceyrələrini inkişaf etdirən iltihabın qarşısını alır. Sarımsaq suyu içməklə həm arıqlayarsınız, həm də tərəvəzin bütün faydalarından yararlanarsınız. Sarımsaq suyunun mədə problemlərinin həllində, ishalın aradan qaldırılmasında, şişkinliyin yox edilməsində effektiv olduğu da  məlumdur. 
Dəriniz hamarlaşır. Sağalmayan sızanaqlarınız varsa, sarımsaq suyuna üz tutun. Sarımsaq toksinləri bədəndən xaric edir,  demək olar ki, orqanizmi təmizləyir. Buna o, antioksidant xüsusiyyəti sayəsində nail olur.  Orqanizm daxilən sağlam olduqda, dəri də gözəlləşir. Sarımsağın sızanaqların öhəsindən gəldiyini sübut edən elmi araşdırmaların sayı çoxdur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil