Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87559
az

D vitamini çatışmazlığının vacib əlamətləri BUNLARDIR

12:0021 Aprel, 2023
172
TİBB
  • A

D vitamini çatışmazlığını göstərən 10 əlamət 
Hamımızın özümüzü yorğun və enerjisiz hiss etdiyimiz günlər olub. Tez-tez soyuqdəyməyə yaxalanırsınızsa, özünüzü daim depressiyada hiss edirsinizsə, hətta saçlarınız tökülürsə, bu, D vitamini çatışmazlığının işarəti ola bilər. Videoda  orqanizmin D vitamininə ehtiyacı olduğunu göstərən 10 əlamətdən bəhs edəcəyəm. 
 D vitamini orqanizm üçün vacibdir.  D vitamini hormonlar kimi ifraz edilir. Orqanizm bu vitamini xolesteroldan emal edir.  Amma D vitaminini qidalar vasitəsilə də qəbul edə bilərsiniz. Günəşin altında vaxt keçirtdiyinizdə orqanizm D vitamini ifraz edə bilir. Buna görə, D vitamininə “günəş işığı vitamini”  deyilir.  Araşdırmaların nəticələrinə əsasən, ABŞ əhalisinin 40%-i D vitamini çatışmazlığı yaşayır.   Dünya əhalisini nəzərə aldıqda isə bu rəqəm 15%-dir.  Problemin belə geniş arealda yayılması bir neçə faktora əsaslanır.
Birincisi, insanların çoxu düzgün qidalanmır. Məhz buna görə də, yetəri qədər D vitamini qəbul etmir. Bundan əlavə, müasir dövrdə insanlar qapalı məkanlarda daha çox vaxt keçirirlər.  Eşiyə çıxanda da, günəş şüalarından qorunmaq üçün əlçatan bütün vasitələrdən istifadə edirlər. Əlbəttə ki, özünüzü dəri xərçəngindən qorumaq  haqqına maliksiniz. Amma günəş şüasının altında gəzmək mövzusunda həssas məqamlar var.   Həddən artıq olmasa da, orqanizmin günəş işığına ehtiyacı  var. 

 D vitamini çatışmazlığının əlamətləri nələrdir? 
 Qeyd edim ki, D vitamini çatışmazlığı ilkin mərhələdə özünü biruzə vermir. Yəni, orqanizmə böyük zərər vurulandan sonra D vitamini çatışmazlığının fərqinə varmaq mümkündür.  Lakin  bütün problemlərdə olduğu kimi, D vitamini çatışmazlığında da orqanizm xəbərdarlıq etməkdə gecikmir. Həmin xəbərdarlıqlar sizdən diqqət və aradan qaldırılması üçün tədbirlər gözləyir. 

10. Tez –tez xəstələnmək.  D vitamini immunitetin möhkəmlənməsi üçün lazım olan əsas elementlərdəndir.  D vitamini lazımi qədərdirsə, orqanizm virus və infeksiyalara qarşı mübarizə apara bilir.  Əgər özünüzü daim kefsiz hiss edirsinizsə, orqanizminizdə D vitamini qıtlığı yaşanması ehtimalı böyükdür.  Son illərdə aparılan araşdırmalar sübut edib ki, D vitamini çatışmazlığı ilə bronxit, sətəlcəm, soyuqdəymə kimi tənəffüs yolları infeksiyaları arasında əlaqə mövcuddur.  Digər araşdırmalar isə onu göstərir ki, qida əlavəsi kimi, gündəlik D vitamini qəbul etmək bu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. 
9. Daim yorğunluq hissi.  Yorğunluğun səbəbi çoxdur. D vitamini çatışmazlığı da bu səbəblərdəndir.  Bir qadının tez-tez başı ağrıyırdı və xroniki yorğunluqdan şikayət edirdi.  Qan analizi verdi. Məlum oldu ki, orqanizmindəki  D vitamini səviyyəsi 1 ml-də 5,9 nanogramdır (NG/ML).  Bu, D vitamini qıtlığı demək idi. Çünki normal bir insan orqanizmində D vitamininin səviyyəsi 20 nanogram`dan az  olmamalıdır.  Qadına D vitamini qəbul etmək tövsiyə edildi. Bir müddət sonra o, yenidən qan analizi verdi. Bu dəfə orqanizmindəki D vitamini səviyyəsi 39 nanogram`a yüksəlmişdi. Yoğrunluğu və baş ağrıları isə artıq keçmişdə qalmışdı. 
8. Xroniki bel ağrıları və sümüklərdə göynəmə.  D vitamini kalsiumun orqanizm tərəfindən mənimsənilməsinin təminatçılarındandır.  Kalsiumun sümük sağlamlığı üçün faydasını bilməyən yoxdur.  Sümüklərdəki səbəbsiz sızıldamalarla bərabər, bel ağrıları da D vitamini çatışmazlığından xəbər verə bilər.  Bel ağrıları olan, həyat keyfiyyətləri aşağı düşmüş 9 min qadının iştirakı ilə bir tədqiqat aparılıb.  Araşdırmaçılar aşkarlayıb ki, problemlərin qaynağı D vitamini çatışmazlığıdır.  Başqa bir araşdırmada isə məlum olub ki, orqanizmində D vitamini qıtlığı yaşananlar  digər insanlardan iki dəfə çox ağrı çəkirlər. Bu ağrılar oynaqlarda, qabırğalarda və ayaqlarda daha çox  baş qaldırır. 
7. Sümük sıxlığının azalması.  Lazımi qədər D vitamini qəbul etməmək, sümük sıxlığının azalmasına da səbəb ola bilir. Unutmayın, “günəş işığı vitamini” sümüklərin kalsiumu mənimsəməsinin təminatçısıdır.  Kalsium sümükləri möhkəmləndirir.  Sümük sıxlığında azalma olan insanlar inanır ki, onların kalsiuma ehtiyacları var. Lakin əsas problem D vitamini çatışmazlığı ola bilər.  “Journal of Mid-life Health” dərgisində dərc olunan məqalə bir araşdırmanın nəticələrindən bəhs edir.  Sözügedən araşdırmaya 1100 qadın qatılıb. Onlar klimaks keçirən və ya klimakssonrası dönəmi yaşayan qadınlar olub.  Mütəxəssislər bu qadınların orqanizmindəki D vitamini çatışmazlığı ilə sümük sıxlığının azalması arasında bağlantı olduğunu aşkarlayıblar. 
6. Dəri problemləri.  D vitamini qıtlığı immunitetin zəifləmə səbəblərindəndir.  Zəifləyən immun sisteminin əsas əlamətlərindən biri dəri hüceyrələrinin həddən artıq yağ ifraz etməsidir. Bu, dəri məsamələrinin tıxanmasına və sızanaqlara yol aça bilir.  D vitamini çatışmazlığından qaynaqlanan digər bir dəri problemi isə pullu dəmrovdur. Bu narahatlıqları yaşayan insanlar D vitamini qəbul etdikdən sonra, vəziyyətləri günbəgün yaxşılaşır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR