Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84946
az

TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri açıqlayıb

11:5816 Mart, 2023
279
TİBB
  • A

TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri açıqlayıb.

Oxu24.com-un məlumatına görə, qurumun İcraçı direktorunun müavini Araz Nəsirov "Viva la vida" uzunömürlülük üzrə beynəlxalq konqres və sərginin açılış mərasimində bildirib ki, Azərbaycan qədim zamanlardan özünün uzunömürlülüləri ilə tanınır.

Onun sözlərinə görə, uzunömürlülük yolunda vacib və ilk addım bədənin fiziki ehtiyatlarının dəqiq diaqnozudur:

"Ölkəmizdə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var. İlk olaraq onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. Səbəblər arasında irsi, ekoloji faktorlar və yaşam tərzi də var. İrsi və ekoloji faktorlar adətən bir-birini şərtləndirir. Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Statistikaya əsasən, ölkəmizdəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər".

A.Nəsirov əlavə edib ki, bu gün bütün dünyada tibb elminin qaşısında yalnız hansısa xəstəliklərin müayinə və müalicəsi, cərrahi müdaxilələr və s. dayanmır: "Bu gün dünya tibbi insanların həyat keyfiyyətini yaxşılaşdırmağı, uzunömürlülüyü təmin etməyi də əsas hədəflərə çevirib. Yaşlanma prosesini yavaşlatmaq, alternativ psixologiya yöntəmləri ilə beyin və zehni sağlamlığı təmin edərək mənəvi uzunömürlülüyə nail olmaq, yaşlanma əleyhinə təbabət - kök hüceyrə və gen terapiyası texnologiyaları kimi sahələrə daha çox diqqət göstərmək müasir səhiyyənin qarşıya qoyduğu əsas məsələlərdəndir. Düşünürəm ki, bu sahələrdə də kifayət qədər yeniliklərə imza atılır, müasir tendensiyalar izlənilərək davamlı sağlamlıq üçün uğurlu metodlar tətbiq olunur.

TƏBİB olaraq biz də tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə vətəndaşların həyat keyfiyyətini artırmağa, uzun və sağlam yaşamlarını təmin etməyə çalışırıq. Eyni zamanda insanları aktiv həyat tərzinə, sağlam qidalanmaya üstünlük verməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırırıq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı