Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84615
az

Böyrəklərə zərər verən 7 vərdiş (VİDEO)

12:4113 Mart, 2023
492
TİBB
  • A

Böyrəklərə zərər  verən yeddi vərdiş
Böyrəklərimizin imkanlarından sadəcə 20%-ni istifadə edərək normal həyat keçirmək olar. Buna görə də böyrək xəstəliklərinin əksəriyyəti  gec  üzə çıxır.  Xroniki şəkildə irəliləyən xəstəliklər sonradan fəsad yaradır. 
 Bəzən kiçik vərdişlərimiz də böyrək xəstəliyi yarada bilir. Və böyrək problemlərimiz aşkarlananda gec olur...
 Böyrəklər möcüzəvi xüsusiyyətlə malik orqanlardır:  Hormon yaradır, qanı süzür, mineralları bədənə sorur, sidik yaradır, bədəndəki turşuluğu və qələviliyi nizamlayır.  Böyrəklər olmasa həyat olmaz.  Çinlilər böyrəkləri ilkin yaşam enerjisinin  mərkəzi  hesab edir.  Böyrəklərin sağlamlığının qeydinə qalmaq bütün bədənin sağlığını qorumaqdır.  Böyrəklərinizin uzun illər boyunca sağlam qalmasını istəsəniz, bəzi vərdişlərdən əl çəkməlisiniz. 

1. Qazlı içkilər. Yaponiyada  Osaka universitetində aparılan bir araşdırmada məlum olub ki, gündə iki dəfədən  artıq qazlı içki içənlər içməyənlərə nisbətən daha çox böyrək problemi yaşayır. Qazlı içkiləri çox içənlərin sidiyində protein olur.  Bu da böyrək xəstəliyinin ilkin əlamətidir.  Bu hal tez aşkarlansa müalicə olunar. 
2. Siqaret çəkmək. Siqaret qan damarlarını daraldır və sərtləşdirir. Bu zaman böyrəklərdə də qan dövranı çətinləşir.  Klinik Farmakoloji və müalicə jurnalında dərc olunan bir məqalədə yazılır ki, gündə iki dəfə siqaret çəkəndə damarlarda bu problemlər nəzərə çarpır.  2003-cü ildən bəri siqaret çəkməyin böyrək üçün ziyanlı vərdiş olması ilə bağlı bir çox elmi  araşdırmalar aparılıb. 
3. B6 vitamini çatışmazlığı. Sağlam böyrəklər üçün normal qidalanmaq lazımdı.  Maryland universitetinin tibb fakültəsində aparılan araşdırmalar göstərir ki, B6 vitamini əskik olanda böyrəkdə daş əmələgəlmə prosesi sürətlənir.  Böyrəyin iş prosesini  normal şəkildə nizamlamaq üçün  gündə 1,3 mq B6 vitamini qəbul etmək lazımdır. B6 vitamini balıq və ət məhsullarında, noxud, kartof, ispanaq və fındıqda var. 
4. Maqnezium əskikliyi. Maqnezium bədəndə olan 300-dən artıq kimyəvi reaksiyanın baş verməsinə kömək edir.  Maqnezium azaldıqca bədəndə kalsiumun udulması prosesi ləngiyir.  Kalsium da yığılıb böyrək daşını yaradır. Odur ki, maqnezium tərkibli qidalar: yaşıl tərəvəzlər, balıq, lobya, mərcimək, banan, balqabaq tumu,  əncir qurusu və şokolad yemək lazımdı.
5. Yuxu nizamı.  Mütəxəssislər deyir ki, gecə  yuxusunu normal yatmayanda böyrəkdə problem yaranır.   Gecə boyunca böyrək toxumaları regenerasiya olur, yəni öz-özünü yeniləyir.  Rahat yatmamaq böyrəklərə ziyan vurur.
6. Lazımi qədər su içməmək.  Böyrəklərin  işləməsi birbaşa sudan asılıdır. Su az içildikdə sidik yaranmır və qandakı toksinlər ixrac olmur. Buna görə də gün ərzində ən az 8 stəkan su içmək lazımdır. 
7. Sidiyə getməyi ləngitmək. Əgər sidik gəlirsə, ləngimək olmaz. Yoxsa böyrəklərdə təzyiq yaranar. Bu da sonralar böyrək xəstəliyi yaradır. Üstəlik, bilmədən sidik qaçırma kimi hallar da meydana çıxır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi