Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82318
az

Bağırsaq xəstəliklərinin səbəbi çörəkdəki... - NİYƏ GİZLƏDİRLƏR?

14:1410 Fevral, 2023
568
TİBB
  • A

Marketdə satılan çörəklərin əksəriyyəti bu gün maya ilə hazırlanır. Bu çörəkləri yediyimiz zaman maya bizim qanımıza keçərək, çoxalmağa başlayır və bizim vitamin, mineral, zülal ehtiyatımızı dağıdır. Əvəzinə isə öz toksinlərini qanımıza buraxır. Və belə xəstəliklər baş qaldırmağa başlayır.
Bu gün insanların əksəriyyəti xəstəliklərin səbəbini müxtəlif yerlərdə axtarır. Amma hər gün masalarının üzərinə qoyduqları mayalı, yumşaq ağ çörəklərə baxmırlar. Bu gün sizə mayalı çörəklərin insan orqanizminə verdiyi zərərlərdən danışacam. Diqqət ekrana:
Rusiyanın məşhur həkimi, tibb elmləri namizədi Viktor Xruşev mayalı çörək haqda bunları deyir:
Maya orqanizmə parazit kimi hücum edir. O çörəyin içində bişəndə yapışqan kimi kapsulaya çevrilir. Bu kapsullar bağırsaqda açılır və bağırsağın selikli qişasına yapışır. Nəinki bağırsaqda, həmçinin qanın plazmasında yaşayaraq, sürətlə sərbəst çoxalır. Nəticədə müxtəlif toksiki zəhərlənmələr, göbələk xəstəlikləri, immunitet zəifləməsi, xroniki xəstəliklər yayılır. 
Əgər indi mayalı xəmir yeməyi tərgitsək, yalnız 5 ildən sonra qanın plazmasındakı maya təmizlənə bilər. Bu maya insanın simbiotik mikroflorasını dağıdır, yoğun bağırsaqda faydalı bakteriyaları öldürür, bununla da vitamin, amin turşuları, bioloji aktiv maddələrin sintezi zəifləyir. Mayadan 500 növ göbələk yaranır ki, onun 30-u insan üçün ölümcüldür.
Hazırda dünyada 80% böyüklər, 95% uşaqlar arasında göbələk xəstəlikləri artıb. Bu xəstəlikləri müasir aptek dərmanları da sağalda bilmir. Ən çox da qadınlar arasında genital göbələk xəstəlikləri məhz mayanın yaratdığı fəsadlar sırasında yer alır. 
Uşaqlarda körpəlikdən baş qaldıran immunitet zəifliyi, allergik xəstəliklər, mədə-bağırsaq pozulmalarının səbəbini çox yerdə axtarırsız, amma masanın üzərində olan çörəyi görmürsüz. Uşaqlarınızın əlinə verdiyiniz puf, mayalı çörəklərlə onları sadəcə xəstəliklərə tərəf itələyirik. 
Amerikanın tanınmış kardioloqu Vilyam Devis isə bildirir ki, müasir insanların səhhəti ilə bağlı başlarına gələn bəlalar undan qaynaqlanır. Un qanda şəkər və qlikemik indeksi artırır. Eləcə də buğdada olan qliadin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir. Bugünkü buğdada 5% qliadin var. Bu zülal dad reseptorlarını dəyişir, insanı çörəkdən asılı vəziyyətə gətirir.
Həkim müalicə etdiyi xəstələrin qidasından bir müddət buğda ilə bağlı bütün məhsulları çıxarır. Nəticədə 6-7 ay sonra onlarda artıq çəki azalır, qanda şəkərin səviyyəsi enir, ürək-damarların işi yaxşılaşır.
Əslində çox çörək yemək genetik koda söykənir. Yəni əcnəbilər əksər hallarda qida rasionlarına çörək daxil etmirlər və bu, artıq pozulmaz qaydadır. Bizdə isə tam əksinə, çörək yeməsək, sanki doymuruq. 
Çörək ümumiyyətlə zərərli qida deyil. Çörəyi zərərli qidaya çevirən bu gün onun təkibinə qatılan maddələrdir ki, biz həmin çörəklərdən imtina edib, daha faydalı çörək növlərindən istifadə edə bilərik.
Bununla bağlı tanınmış qida mütəxxəsisi, blogger Tahirə Əlirzayevə Youtube kanalında izləyicilərinə məlumat verib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlandı