Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81955
az

İştahın azalması bu xəstəlikdən xəbər verir - DİQQƏT!

00:3507 Fevral, 2023
455
TİBB
  • A

Qaraciyər xəstəliklərinin ilk əlamətlərindən biri də iştahın itməsidir.

Oxu24.com  xəbər verir ki, bu barədə həkim hepatoloq Olqa Malinovskaya qaraciyərin çökməsini göstərən əlamətlərdən danışıb.


"Qaraciyər təkcə içki və hepatitdən zədələnmir. Heç içki içməyənlərin də qaraciyəri xəstələnir. Buna səbəb həddən artıq yağlı, şirin yemək, az hərəkət etmək, piylənmə və diabet ola bilər.

Bu xəstəliyin əsas təhlükəsi ondan ibarətdir ki, erkən mərhələdə heç bir simptom vermir, çox gizli gedir, insan özünü yaxşı hiss edir.

Qaraciyərdə sinir icları olmadığı üçün orqan özü ağrı vermir. Bu orqanın əsas əlaməti həzm sistemində pozulmalarla özünü göstərə bilir.

Məsələn, insanın iştahı azalır, itir, saatlarla yemək yadına düşmür. Eləcə də yaddaş və diqqət qəfildən pisləşməyə başlayır. İnsanlar bunu beyinlə, yaşla əlaqələndirir, amma qaraciyər yaddan çıxır.

Beyinə təsir onunla bağlıdır ki, qaraciyər toksinləri yaxşı filtr etmir, onlar mərkəzi sinir sistemini zədələyir.

Bədəndə tez-tez qançırlar, göyərmələr, sağ tərəfdə ağırlıq, bədəndə şişkinlik, qanamaya meyillilik, dəridə qaşınma da xəstə qaraciyərdən qaynaqlanır.

Ümumiyyətlə, insan özünü narahat hiss edirsə, birinci ürək, ikinci qaraciyər dərindən yoxlanmalıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb