Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79954
az

Günə 10 xurma yesək, orqanizimdə nə baş verər?(VİDEO)

19:1902 Yanvar, 2023
713
TİBB
  • A

Çox az adam tapılar ki, xurmanı sevməsin. Hətta, zadəganlar üçün xurma yemək xüsusi incəlikdir. İsti ölkələrdə xurma “səhra çörəyi” adlanır. Tarixən bir çox ölkələrdə xurma  sağlamlığın qeydinə qalmaq və həyatı  uzatmaq üçün ideal vasitə hesab olunub. 
 

Çinlilər xurma yeməyin uzunömürlülüyə səbəb olduğunu deyir. Hazırda bir çox dietoloqlar adi şəkər əvəzinə xurma yeməyi məsləhət görür. 

 Qədim zamanlarda xurmadan xərçəng, vərəm, müxtəlif şişkinliklər və iltihabi xəstəliklərin müalicəsində geniş istifadə edilib. 
 Mütəxəssislər sübut edib ki, quru xurmalar insan beyninə daha yaxşı təsir edir; beyinin işləmə qabiliyyəti 20% daha yaxşılaşır,  diqqətin yayınması və halsızlıq yoxa çıxır. 
 Xurma  insanlar tərəfindən becərilən ən qədim meyvələrdən biridir.  Müasir dünyada  xurma əsas pəhriz elementi kimi məhşurdur. Alimlər  güman edir ki, ilk  yabanı xurmalar 5-7 min il əvvəl ərəblər  tərəfindən istifadə edilib.  İsraildə aparılan bir arxeoloji qazıntı zamanı tapılan xurma çiyidinin yaşı 2 min il hesablanıb.  Ehtimal olunur ki, xurmanın tibbi məqsədlə istifadə olunmasına dair xüsusi bilgilər də mövcud olub. Lakin, bu bilgilərin izi 500 il əvvəl itib. 
 Maraqlıdır ki, qədim  Misir sərdabələri üzərində xurma şəkillərinə rast gəlinir. Mənbələrdə qədim Babildə xurmadan şərab və sirkə hazırlandığı barədə qeydlər var. Xüsusi minerallarla və şəkərlə zəngin olan bu meyvə bədəvi pəhrizinin  əsasını təşkil edirdi. Bir ərəb uzun səhra yolçuluğuna çıxanda mütləq  xurcunun iki gözünü də xurma ilə doldurardı.  Səyahət zamanı xurma onun əzələlərinin gücünü itməyə qoymurdu.  Eyni zamanda, isti səhra günəşinin yandırıcı şüaları altında zehni  bayğınlıq da keçirmirdi. 
 Bu gün xurma ağaclarının yayılma arealı ərəb ölkələrini əhatə edir. İstehsal və satış üzrə  siyahıya Səudiyyə Ərəbistanı liderlik edir.   Əlcəzair, Bəhreyn, Misir, İraq, İran, Yəmən, Liviya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Sudan, Suriya və Tunis siyahını tamamlayır.  Tarixən  dənizçilər və səyahətçilər tərəfindən xurma toxumları başqa ölkələrə də aparılıb.  Ona görə də indi ABŞ-ın Kaliforniya ştatında, Meksikada, Avstraliyada, Cənubi Afrikada və digər bir neçə ölkədə də xurma ağaclarına rast gəlmək mümkündür. 
 Mütəxəssislər gün ərzində 10 xurma yeməyin sağlamlığa faydalı olduğunu deyir.  Beləcə, gün ərzində orqanizmin mis və kükürdə olan ehtiyacı tamamlanar. 
 Xurmanın tərkibində  insan səhhəti  üçün faydalı  sayılan dəmir, maqnezium, fosfor, mineral duzlar, A və B vitaminləri, amin turşuları, proteinlər də mövcuddur.  Gündəlik 10 xurma yeməklə bədənimizin dəmirə olan ehtiyacının 50%-ni, kalsium ehtiyacının 25%-ni ödəyə bilərik. 
 Həzm prosesində yaranan narahatlıqları aradan qaldırmaq üçün bir stəkan südü bir xurma ilə içmək də mütəxəssislərin   məsləhətlərinə daxildir. 
Xurma yeganə meyvədir ki, tərkibində 23 növ amin turşuları var. Bu göstərici heç bir başqa meyvədə yoxdur.  Quru xurmanın   tərkibində 60-65%  şəkər  mövcuddur.   
Xurmada olan şəkər  qlyükoza və fruktozadır ki, onlar da saxarozadan fərqli olaraq  insan orqanizminə mənfi təsir göstərmir.  Buna görə də xurmanı  hər yaşda olan insanlar-uşaqlar, yaşlılar, hətta hamilə qadınlar da ürəklə yeyə bilər. 
Xurma mətbəxdə kreativlik eləməyi sevənlərin də ləziz məmulatıdır. Dünya mətbəxində  müxtəlif  şirniyyatların, salatların, ev üsulu ilə hazırlanan çərəzlərin, hətta, çörəklərin də hazırlanmasında xurmadan istifadə olunur.  Xurmanın şirəsindən bal, ağacının gövdəsindən un istehsal edilir.  Təzə xurmalar soyuducuda  saxlanılsa daha uzun müddət təravətli qalır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı