Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78414
az

Azərbaycanda idman zallarında verilən dərmanlar şiş yaradır - Kişilər təhlükədə

11:3810 Dekabr, 2022
353
TİBB
  • A

İdman zallarında bəzi trenerlər tərəfindən aşkar və ya gizli şəkildə məşqə gələnlərə təklif olunan hormonal preparatlar gənclərin orqanizmində dəhşətli fəsadlar yaradır.
 

Bakupost.az xəbər verir ki, bu barədə androloq Namiq İsmayılov xəbərdarlıq edib.

Onun sözlərinə görə, erkən yaşda oğlanlar hormonal terapiyadan istifadə edirlər:

"Məşqçilər məşqin effektini, əzələ kütləsini tez artırmaq, qolları şişirtmək üçün maddi maraqlarını güdərək müəyyən dərmanlar satırlar. Bunlar anaboliklər, steroidlər, samotrop hormonal qrupundan olan preparatlar, "Danabol", "Sustanon", "Somatropin" tip dərmanlardır. Bu dərmanlarla əzələ kütləsi tez şişir, amma oğlanların təbii testosteron sintezi pozulur.


20-30 yaşında gəncə steroid hormonlar vurulursa, onun orqanizmindəki hormonların fəaliyyəti dayanır. Bu da kişilərdə androloji və hormonal pozuntu, sonsuzluq yaradır. Son zamanlar belə dərmanların təsirindən bəzi pasiyentlərin bədənində şişlərin yarandığının şahidi olmuşam. Hətta bir gənc pasiyentimin beynində şiş yaranmışdı".

Namiq İsmayılovun sözlərinə görə, nəinki məşqçilər, hətta həkimlərin çoxu kişilərə hormonal dərmanları düzgün təyin edə bilmir:

 

"Hansı hallarda hansı hormon yazılmalıdır? Bunu əsasən, andrologiyanın incəliklərini bilən peşəkar androloq və ya endokrinoloq təyin edə bilər. Zalda tibbi savadı məşqçilərin öz maraqlarına uyğu dərman tövsiyə etməsi qadağandır. Bu, kişilərin gələcəyini məhv edə, idmançılarda ciddi pozuntulara, hətta qəfil ölümə də səbəb ola bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər