Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78388
az

7 xəstəliyi sağaldan yulaf suyu - VİDEO

00:0610 Dekabr, 2022
332
TİBB
  • A

Bu gün sizə şəfa dolu bir qarışımdan danışacam. Əminəm ki onu hazırlayıb içən hər kəs mənə çox sağ olun deyəcək. 

Bu qarışım Yulaf suyudur. Yulafı hər birimiz süddə bişirib yeməyi xoşlayır. Bəs onun suyunu necə heç içmisizmi? Yulaf zəngin tərkibi sayəsində bir çox xəstəliklərin müalicəsinə kömək edir, daxili orqanların işinin normallaşmasını dəstəkləyir. Yulaf suyunda A, E vitamini və nikotin turşusu var.  A və E vitaminlərinin antioksidant funksiyasına malik olduğunu artıq bilirik. Hər ikisi dərinin gəncliyini və gözəlliyini qoruyur. Nikotin turşusu isə saçların və dırnaqların sağlamlığı üçün vacibdir. 

Yulaf suyunun faydaları bunlardır: 
-artıq yağların əriməsini sürətləndirir; 
-ürək-damar sistemini qoruyur;
-pis xolesterinin səviyyəsini aşağı salır; 
-həzm prosesini yaxşılaşdırır; 
Yulaf suyu orqanizm üçün vacib olan mikroelementlərlə də zəngindir.  Kalsium sümüklərin və  dişlərin həm möhkəmlənməsində, həm də inkişafında mühüm  xammaldır. Eyni zamanda, ürəyin və əzələlərin sağlamlığına xidmət edir. Maqnium sinir sisteminin funksionallığının artması üçün vacibdir. O, sinir impulslarının hərəkətlərinə cavabdehdir. Maqnium çatışmazlığı yuxu rejimini pozur,  sinir sistemi xəstəliklərinə stimul verir. 
Yulaf suyundakı mikroelementlər sümüklərin yaranmasında və bərpasında iştirak edir, immuniteti möhkəmlədir, damarları təmizləyir, toxumaların sağlamlığını dəstəkləyir. O, həmçinin, toxumalar üçün vacib olan kollagen kimi də çıxış edir. Yulaf suyundakı kalium permanqanat hormonal balansın tənzimlənməsində  əhəmiyyətli olmaqla yanaşı, əsl antiseptikdir. 
Sağlamlığın qorunması məqsədilə yulaf suyundan istifadə edilməsi. 
Yulaf suyu orqanizm tərəfindən tez mənimsənilməsinə görə seçilir. Mütəmadi olaraq, qəbul edilən yulaf suyu orqanizmin zərərli maddələrdən təmizlənməsinə, metabolizmanın sürətlənməsinə, dərinin təravətlənməsinə səbəb olur. Eyni zamanda, yulaf suyu bəzi xəstəlikləri ya müalicə edir, ya da simptomları azaldır. 
Arıqlamaq üçün. Artıq çəkidən yaxa qurtarmaq üçün yulaf suyu ən yaxşı köməkçidir. Çünki o, yağları əridir, toksinləri və zərərli maddələri orqanizmdən atır, maddələr mübadiləsini maksimum sürətə çatdırır. Yulaf suyu içməklə, hətta fiziki gərginlik olmadan belə, arıqlaya bilərsiniz. Üstəlik, həzm rahatlığı yaşayacaqsınız. Yeməkdən sonra ağırlaşmaq, mədədə yanma kimi hallar yoxa çıxacaq.  Yulaf suyu kəskin aclıq hissini də basdırır. Suyu içdiyiniz müddətdə şirniyyatlar, şirin desertlər yadınıza da düşməyəcək. Hər gün səhər yeməyində 1 stəkan yulaf suyu içməklə təbii şəkildə arıqlamağı seçin. 
Köp və ishal zamanı. Yulaf suyu bağırsaqdakı yad mikrooqanizmlərin xaric edilməsini sürətləndirir. Toksinlərin və qazların  bədəndən atılması da yulaf suyunun faydaları sırasındadır. Cəmi, 1 stəkan yulaf suyu ilə ishaldan yaxa qurtara bilərsiniz. Ümumiyyətlə, bağırsaqların elastikliyi, təmizliyi, sağlamlığı və normal işləməsi üçün yulaf suyu vacibdir.  İshaldan və ya köpdən sonra mədə-bağırsaqda cüzi də olsa, problemlər yaranır. Yulaf suyu bu problemlərin aradan qalxmasında da orqanizmin köməkçisidir. 
Böyrəklərə faydası. Yulaf suyu sidikqovucu xüsusiyyətə  malikdir. Mütəmadi olaraq içilməsi böyrəklərdə daş və ya qum əmələ gəlməsinin qarşısını alır, sidik yollarının təmizliyinə zəmanət verir.  Yulaf suyu içsəniz, səhər yuxudan duranda gözlərinizin altında şişkinlik olmayacaq. Sistitin müalicəsində və profilaktkasında da yulaf suyunun istifadəsi tövsiyə edilir. Qeyd edim ki, sistit sidik kisəsinin bakterial mənşəli xəstəliyidir. Sistit zamanı sidiyə getmə ağrılı və əzablı olur. Yeməkdən sonra içilən 100 ml yulaf suyu böyrəklərin sağlamlığının təminatçısıdır. 
Qastrit və pankreatit zamanı. Mədənin soyuqlaması ciddi pəhriz tələb edən vəziyyətdir.  Bu ərəfədə acı, qazlı, qızarmış, yağlı, quru yeməklərin  və içkilərin  qəbulu qadağandır.  Yulaf suyu burda da köməyə çatır: soyuqdəyməni azaldır, mədədəki yanmanın qarşısını alır. Tərkibindəki vitaminlər və mikroelementlər isə toxumaların bərpasını sürətləndirir. Bunun üçün yarım stəkan yulaf suyunu yeməkdən həmən sonra ilıq halda içmək lazımdır. Mədəaltı vəzi soyuqlayanda da yulaf suyu əl altında olsa, yaxşıdır. Kəskin pankreatit zamanı 1 sutka aclıq mütləqdir. Ertəsi gün isə ciddi pəhriz başlayır. Yulaf suyu pəhrizə daxil edilməlidir. Yulaf suyunun həzmi üçün yüksək miqdarda həzm fermentlərinə ehtiyac duyulmur. Beləcə, mədəaltı vəzi gücə düşmür. Mədə xorası zamanı simptomların azalması və xəstəliyin tezliklə sona çatması üçün də  yulaf suyu faydalıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib