Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63476
az

"Bütün çarəsi olmayan və ağır xəstələr bunu içsin" - Məşhur həkimdən şəfa iksiri

20:3505 Yanvar, 2022
740
TİBB
  • A

Arpanın tərkibi mikro elementlərlə (mis, sink, fosfor və s) zəngindir. Bunlar insan orqanizmində, insan skeletini və insan toxumalarını təşkil edən mikro elementlərin əsas hissəsini təşkil edir.

Medicina.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov arpa suyunun faydaların haqqında danışıb.
"3 xörək qaşığı arpanı bir gün 3 stəkan suda saxlayırıq, 1 gündən sonra süzürük və ona 1 xörək qaşığı bal və 5 xörək qaşığı təzə sıxılmış limon şirəsi əlavə edirik, qarışımı gün ərzində içirik", - deyə həkim bildirib.

Bu üsulda arpanın cücərdilmişinin suyuna limon və bal əlavə edib qoxusunu dəyişirik və beləliklə hər kəs rahat şəkildə istifadə edə biliə. O, insana rahatlıq və gümrahlıq verir.

"Bütün çarəsi olmayan xəstəliklərdən əziyyət çəkən cücərmiş arpa suyundan istifadə edə bilər"

F.Hüseynovun sözlərinə görə, cücərmiş arpa suyunun tərkibində olan güclü antioksidantlar bədənimizdəki sərbəst radikalları tutub neytrallaşdırmaq üçün çox önəmli bir rola malikdir. Sərbəst radikalları insan beyninə tabe etmək üçün bizim bədənimizə zəngin antioksidantlar lazımdır. Antioksidantlar çox olan qidaları istifadə etməliyik. Antioksidantlar cücərmiş toxumlarda, meyvələrdə, cücərmiş toxumların suyunda çox olur.

Bundan başqa, bu, bədəni tam təmizləmək üçün gözəl üsuldur. Öd yollarında qumları təmizləyir, böyrək yolları və böyrəyi daşlardan təmizləyir. Bağırsaq mikroflorasında bizə faydalı olan mikrofloranı zənginləşdirir. Allergiya xəstəliklərindən əziyyət çəkən insanlar üçün faydalıdır. Allergiya xəstələri bunu 15, 20 gün sınasınlar faydasını yavaş-yavaş görəcəklər.

Asma xəstəliyi, qaşınmalardan əziyyət çəkən insanlar, həddindən artıq ekzema, Dəmirov xəstəliyi olan insanlar, çoxlu yara, çiban çıxardan insanlar üçün olduqca effektivdir. Məsələn ekzemadan əziyyət çəkən insan binti bu suya batırıb həmən yerə qoyub salafanla bağlayır və 2 və ya 3 saat saxlayır. Ekzemaların müalicəsində çox faydaları var. Bu üsul bir müddət bu qarışımdan istifadə edən insanın gözünü də işıqlandırır.

Həkim əlavə edib ki, bu üsulun istifadəsində əks göstəriş yoxdur. Yalnız ödündə çoxlu daşlar olan insanlar bundan istifadə etməməlidir, çünki o, öd qovucu xüsusiyyətlərə malikdir, ona görə çoxlu daş olan zaman sürətli şəkildə kanala sala bilər. Həmçinin hamilə xanımlar bu qarışımdan az istifadə etməlidir. Eyni zamanda bu qarışıma bal və limon əlavə etmədən şəkər xəstələri də istifadə edə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı