Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63313
az

Nəyə görə paltarlı yatmaq orqanizm üçün zərərlidir - AÇIQLAMA

22:1201 Yanvar, 2022
705
  • A

Əslində gigiyenik və etik baxımdan ən azı gecə geyimində yatmaq düzgün hesab edilsə də,həkimlər bədən üçün geyimsiz yatmağın faydalı olduğunu deyir.


Oxu24.com  xəbər verir ki, qədimdən qadınlı kişili hər kəsin ağ kətan parçadan sadəcə yatan zaman geyindikləri can köynəyi adlanan gen rahat yataq geyimləri olardı. İndi isə insanlar gün ərzində əyinlərində olan mayka, alt geyimi, ev pijaması, idman geyimi ilə də yatır.

Mikrobioloq Ceyson Tetro bildirir ki, gün ərzində insan bədənində dəridə müxtəlif bakteriyalar çoxalır. Onların bir qismi geyimə də keçir. Əgər bu geyimləri çıxarmadan, yatağa girsək, bakteriyalar mələfəyə, yastığa keçir, bədəndəki bakteriya saça düşür, ağıza keçir, üz dərisinə düşür. Bu zaman başda kəpək, dəridə səpkilər, ekzema əmələ gələ bilir.

Dəridə çox yaşayan bakteriyalardan biri də qızılı stafilakokkdur. Onlar akne, civzə, digər dəri iltihabi xəstəliklərinə gətirib çıxarır.


Somnoloq Maykl Breus isə gecə ya yarıçılpaq, ya da düyməsi, zamoku olmayan, bədəni sıxmayan gen bir geyim geyinməyi məsləhət görür. Sıx geyim termotənzimlənməni pozur, damarları sıxır, yuxunun keyfiyyətini azaldır.


Amsterdam alimləri də bildirib ki, yatarkən dəri nə qədər sərin qalsa, beyin bir o qədər dərin yuxu fazasına keçib dincəlir.


Ona görə də isti aylarda bircə alt paltarı ilə və ya geyimsiz, qışda isə gen bir gecə köynəyi ilə yatmaq orqanizm üçün faydalıdır.(medicina.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO