Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62883
az

Əsəbi 2 dəqiqəyə yox edir!  Faydasın biləndən sonra hər gün 1-2 dənə yeyəcəksiz

13:1021 Dekabr, 2021
1932
TİBB
  • A

Xurma 
 Qəribə bir nüans çıxıb qarşıma, dedim, sizinlə də paylaşım. Ululardan bizə qalan, nənələrimizdən, babalarımızdan eşitdiyimiz çox şeyi indi “filan ölkənin filan alimi” deyəndə, ciddiyə alırıq. Halbuki, elə öz elimizin ağsaqqallarından, ağbirçəklərindən soruşsaq, zamanında və sürətli şəkildə faydasını görərik. Məsələn; İsveçli mütəxəssislər açıqlayıb ki, “hər fəslin öz rənginə uyğun meyvə və tərəvəzlərin yeyilməsi orqanizmə faydalıdır”. Ulularımız nə deyirdi? Hə, elə bunu deyirdilər: hər mövsümün öz meyvə-tərəvəzlərini yemək lazımdır. 
 Bu gün sizə tam mövsümü olan xurmadan danışacağam. “Cənnət xurması” adlanan bu meyvəni 7-dən 77-yə hamı sevir. Faydalarını isə bilən azdır. Beləliklə, tərkibində A,C, B1, B2, B3 vitaminləri,  fosfor, protein, kalsium, kalium, dəmir, sellüloza olan xurmanın orqanizmə olan faydaları bunlardır: 
1. Bağırsaqların sağlamlığını qoruyur- xurmanın tərkibində lif  miqdarı yüksəkdir. Mövsümündə təzə-təzə, ilin digər aylarında isə qurusunu yemək qidaların daha rahat həzm edilməsinə, qəbizliyin önlənməsinə kömək edir. 
2. İmmuniteti möhkəmlədir- C vitamini sayəsində orqanizmi mövsümi xəstəliklərə qarşı gücləndirir. Xüsusilə, uşaqların mövsüm dəyişiklikləri zamanı xəstələnməməsi üçün xurma yemələri vacibdir. 
3. Xərçəng riskinin qarşısını alır- xurmanın tərkibində yüksək antioksidant maddələr var. Yəni, xurma yemək orqanizmdəki sərbəst radikalların immunitetlə savaşda məğlub olması deməkdir. Xərçəngli hüceyrələrin  bədənin digər orqanlarına yayılmasının qarşısını alan xurma, toxumaları zərərli maddələrdən də təmizləyir. Mütəmadi olaraq, xurma yemək, xərçəng riskinin qarşısını alır. 
4. Görmə qabiliyyətini artırır- A vitamini sayəsində xurma gözlərin də dostu sayılır. Gənc analar hamiləlik dövründə xurmanı nizamlı şəkildə yeyərsə, uşaq daha sağlam gözlərlə dünyaya gələcəkdir. Orta yaşda mütəmadi xurma yemək, gözlərlə bağlı edilən şikayətləri azaldır. 
5. Stressi önləyir-Əsəbi vaxtınızda bir xurma götürün yeyin, son dişləkdə artıq əsəbinizin keçdiyinin fərqinə varacaqsınız. Çünki bu meyvənin tərkibində  stressə qalib gələn antioksidant minerallar mövcuddur. Üstəlik, xurma “xoşbəxtlik hormonu”nun istehsalında önəmli rola sahibdir. 
6. Təzyiqi nizamlayır-gün ərzində müəyyən miqdarda xurma yeməklə təzyiqinizi normada saxlaya bilərsiniz. Xüsusilə, yağlı və doyumlu qazan yeməyi yeyəcəksinizsə, təxminən, 15 dəq qabaq xurma yeməyiniz məsləhətdir. 
7. Qocalığı ləngidir-toksinlərin orqanizmdən atılmasına kömək edən, dəri hüceyrələrinin yenilənməsinə səbəb olan xurma hüceyrələrin xəsarət almasına da mane olur. Yəni, qocalığın əlamətlərinə qarşı üsyan edir. 
8. Hamiləlikdə əvəzolunmazdır- tərkibindəki kalsium, dəmir, maqnezium, C vitamininin miqdarına görə, xurma həkimlər tərəfindən hamilələrə tez-tez tövsiyə edilir. Ananın stressdən uzaq,  şiddətli ağrılar və ya həzm problemləri olmadan rahat bir hamiləlik keçirməsi, eyni zamanda, uşağın dünyaya daha sağlam və göz problemləri olmadan gəlməsi üçün xurmanı süfrələrdən əskik etməyin. 
9. Sümükləri möhkəmlədir-100 qram xurmada 27 qram kalsium var. Bunun sümüklər üçün nə demək olduğunu isə, yəqin, hamınız bilirsiniz. Uşaqların daha güclü sümüklərə və sağlam dişlərə sahib olması üçün xurmanı onlara sevdirməyə çalışın.  Bilirəm, indi hamı şikayətçidir ki, “uşaqlar heç nə yemir”. Xurmanı uşaqlarınıza yedirə bilməniz üçün sizə müxtəlif üsullardan danışacağam. 
1) Xurmanın qurusunu xırda doğrayın, uşağınız oyun oynarkən  boşqabda yanına qoyun. Çərəz kimi yeyəcək. Hətta, bu çərəzə bir ovuc qoz ləpəsi də qata bilərsiniz. 
2) Uşağınız kiçik yaşdadırsa, xurmanı püre halına salın. Xurmanı dilimləyin, çəyirdəklərini çıxarın. Dilimləri blenderdən keçirin. Alınan püreni olduğu kimi, yaxud, peçenye əzməsiylə, ilıq qatıqla qarışdırıb uşağınıza yedirə bilərsiniz. Qeyd edim ki, bu üsul “dişim tutmur” deyən yaşlılar üçün də keçərlidir. 
3) Xurmanı uşağınıza yedirə bilmirsinizsə, içirməyi sınaqdan keçirin.  Blenderlə hazırladığınız püreni qaynamış ilıq suya qatın, durulaşdırın və uşağınıza içirin.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şok əməliyyat görüntüsü - Süni mayalanma belə edilir!
DİQQƏT! Bu Əlamətlər D Vitamini ƏksiyliyiniN Göstəricisidir (VİDEO)
Bu hal kişilərdə sonsuzluq yaradır - MÜTLƏQ İZLƏYİN

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər