Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60807
az

Badımcan saplağını atmayın: Bu xəstəliyin dərmanıdır 

20:0607 Noyabr, 2021
1064
TİBB
  • A

Badımcan saplağı babasilin dərmanıdır
 

Son illərdə babasil xəstəliyinə daha çox rast gəlinir. Belə hesab olunur ki, dünyada yaşayan insanların yarısından çoxu babasil xəstəliyinin müxtəlif formalarından əziyyət çəkir. Təbii ki, babasil mütləq müalicə olunmalıdır.

Gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir.

Babasilin yaranmasının əsas səbəbi qidaların tərkibinin dəyişməsi, oturaq həyat tərzi, fiziki fəallığın azalması, əlüstü yeməklər, sağlam qidalanmamaq, lifli qidaların az qəbul edilməsi qəbizlik və babsilin yaranmasına səbəb olur. Müasir texnologiyanın metodlarından istifadə etməklə – dərman müalicəsi, lazer əməliyyatı, əməliyyat və.s müalicə edənlər də var. Bütün bunlar hələ də bu problemi tam həll etməyib. Ancaq bu yollara başvurmadan evinizdə təbii üsullarla babasildən xilas ola bilərsiniz.

Təbiətin hər bitkisinin tərkibində bəşəriyyət üçün faydalı maddələr var. Onlardan biri də badımcanın saplağıdır. Badımcan da digər tərəvəzlər kimi olduqca faydalıdır. Yemək hazırlayarkən yəqin ki, xanımlar onun yaşıl saplağını zibilə atırlar. Amma badımcan sapının bir çox xəstəlikləri müalicə etdiyi sübut olunmuşdur. Onlardan ən başlıcası babasil xəstəliyidir. Badımcan saplağı sözün əsil mənasında babasilin qənimi hesab edilir.
İndi sizə deyəcəyim reseptlə babasil xəstəliyindən tamamilə xilas ola bilərsiniz.
Badımcan saplağı suyunun hazırlanması
Əvvəlcə qazana 2 stəkan yarım su əlavə edib qaynadın. 5 badımcan saplağını ayırıb təmiz-təmiz yuduqdan sonra qaynayan qazana əlavə edib, qapağını örtün və bunu vam odun üzərində 10 dəqiqə qaynadın. İlıq olduqdan sonra qazanın qapağını açaraq süzün. Bunu gün ərzində 2 dəfə  səhər və axşam için. Səhər 1 stəkan və həmçinin axşam 1 stəkan. Müalicə müddəti 5 gündür. Hər gün 5 ədəd badımcan saplağından istifadə etməlisiniz. Onuda deyim ki, çoxları bunu 10 badımcan saplağından bir dəfəlik hazırlayaraq soyuducuya qoyub 5 gün istifadə edir. Ancaq mən dediyim üsulla hazirlasanız daha effektli təsir edəcəkdir. Bu sınanılmış reseptdir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər