Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60077
az

Bu amillər qadın sonsuzluğuna təsir edir - Məşhur ginekoloq açıqladı!

21:2225 Oktyabr, 2021
323
TİBB
  • A

"Yumurta ehtiyatı ana olmaq istəyənlər üçün vacib bir meyardır. Stress bu ehtiyatların ən böyük düşmənidir! Stress hətta yumurta ehtiyatını azaldaraq qadınlarda sonsuzluğa gətirib çıxara bilər". 

Oxu24.com  xəbər verir ki, bu sözləri türkiyəli ginekoloq Kənan Çalışqan açıqlamasında deyib. O, bildirib ki, yumurta ehtiyatı yaş, ətraf mühit, genetik amillər və stress kimi bir çox amillərdən dolayı azalmağa başlayır: 
"Ətraf mühit amilləri və stress çox vacibdir. Ətraf mühitdə kimyəvi maddələrin təsiri, həyat tərzi, GMO-lu qidalar qadının hamilə qalmasına birbaşa təsir göstərir.

Yumurta ehtiyatları menopoz dövrünü təyin edir.

Yumurta ehtiyatını qiymətləndirmək üçün qadının 15-45 yaş arasında olması nəzərə alınmalıdır.

Qadının keçirdiyi əməliyyat, kimyəvi terapiya, radioterapiya, siqaret və ya alkoqol istifadəsi yaş faktoru ilə birlikdə ehtiyatın azalmasına təsir göstərir". 
Ginekoloqun sözlərinə görə, testlərlə qadının təxminən nə qədər yumurta ehtiyatı qaldığını müəyyən etmək mümkündür: "15 yaşlı uşaq ilə 45 yaşlı qadının yumurtaları eyni deyil. 45 yaşdan sonra hamilə qalmaq şansı çox aşağı olur və menopoz dövrü başlayır. 35 yaşdan sonra haməlilik şansı xeyli azalmağa başlayır. Yaş ən vacib amildir.

Getdikcə yumurtalar yox olur. Odur ki, yumurta ehtiyatı çox olmayan xəstələri mövcud yumurtalardan istifadə etmək üçün süni mayalanmaya yönəldirik. Bunun üçün də əvvəlcə xəstənin sonsuz olub-olmadığını müəyyənləşdirmək lazımdır.

Sonsuz olan xəstə 35 yaşdan kiçikdirsə və bir il ərzində uşağı olmayıbsa, dərhal müalicəyə başlayırıq. 35 yaşdan yuxarıdırsa, gözləmirik, çünki yumurtalar azalmağa doğru gedir, odur ki, dərhal süni mayalanmaya başlayırıq". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı