Latınca Glycyrrhiza glabra
Türkcə. Meyan kökü.
İngiliscə. Licorice
Rusca. Solodka.
Yayılması
Biyan bitkisi Azərbaycanın deyərdim ki, hər yerində alaq bitkisi bitkisi kimi bitməkdədir. Amma daha çox Şirvan, kür araz ovalığında bitməkdədir. Bitkiyə Azərbaycanda bəzən Azərbaycan jenşenidə deyirlər. Biyan tək Azərbaycanda yox orta Asiyada, Türkiyədə, İranda, Rusiyanın cənubunda, Hindistanda, Cənubi Avropada yabanı halda bitir. Biyan bitkisi bir çox dövlətlərdə artıq becərilir. Artıq Azərbaycanda da biyan sahələri salınmışdır. Azərbaycandan dünyanın bir çox dövlətlərinə biyan kökü və biyan ekstraktı ixrac olunur.
Botanikası
Biyan bitkisi təxminən 1 metrə yaxın kol bitkisidir.çox illik bir bitkidir, yarpaqları bir birinə paralel tüksüz tünd yaşıl rəndədir. Bitki balaca balaca çox və seyrək çiçəklər çiçəkləyir. Toxumları çox toxumludur.
Kimyəvi tərkibi
Triterpen saponinləri 5-23%, Qlisirizin, saxarozadan 100 qat şirin olan 24-hidrooksiqlisirizin, biyan kökünün tərkibində 30-dan çox flavanoidlər var ( bunlar likviritin, ramnolikviritin, izokversetin, rutin, saponaretin, uralozid, astraqlin və sair) , qliserizin turşusu, C vitamini.
Şirin biyan kökünün tibbdə istifadəsi
Bakteriostatik təsiri var.
Viral infeksiyalar əleyhinə təsiri vardır.
Mukolitik və antitussiv təsiri vardır.
İltihab əleyhinə qan kəsici təsir (antiflogistik təsir)
Spazmolitik təsir.
Mədə turşuluğu əleyhinə təsir.
Antiallergik təsir.
Göbələk əleyhinə antigunqal təsir.
Antimikrob təsir.
Antioksidant təsir.
Yan təsirləri
Tərkibində hormonlarabənzər təsirli triterpen saponinləri olduğu üçün uzun müddət istifadə olunması məsləhət görlmür, gündə 50 qram və ondan artıq istifadə edildikdə hüceyrədə Natrium və Kalium nisbətlərində pozulmalar baş verir. Beləki kaliumun bədəndən çıxarmasını sürətləndirir. Yüksək dozada qəbulu baş ağrıları, təzyiq yüksəlməsi, şəkərin qalxması ilə nəticələnir.
Hansı hallarda stifadə etmək olmaz.
Yüksək təzyiqdə, şəkər xəstəliyində, hamiləlikdə, süd vermə dövrlərində, qaraciyər sirrozunda, kalium azlığında, uzun müddət sidikqovucudərmanlar içilirsə dərmanlarla birgə istifadə edilməməlidir, hormonal dərmanlarla birgə istifadə edilməməlidir.
DİQQƏT: Biyan kökünü 6 həftədən çox istifadə etmək olmaz.
Şirin biyan kökünün xalq təbabətində istifadəsi
Biyan kökü hələ lap qədim zamanlardan həm dərman bitkisi kimi həmdə sarı rəng almaq təbii xammal mənbəyi kimi istifadə edilmişdir. Biyan kökü bədən zəifliyində, halsızlıqda, bronxitlərdə, vərəmdə, allergiyalarda, imunitet zəifliyində və sairələrdə xalq təbabətində həmişə istifadə edilmişdir. Biyan kökü ağ ciyər xəstəliklərində əsasəndə kəskin respirator virus xəstəliklərində və xroniki bronxitlərdə olduqca faydalı bir dərman bitkisidir. Sinə yumşaltmaq bəlğəmi təmizləmək üçün mükəmməl bir vasitədir. Səs tutulmalarında İnaq olmalarda göy öskürəklərdə biyan kökünü süddə dəmləyib içməyi məsləhət görürəm qəbuldan 3 gün sonra artıq faydasını görəcəksiniz.
Bir dəfə işdə zəif bir işçimiz var idi o qədər arıq və halsız idi ki, halına görə sanki ağır xəstəliyi olduğunu düşünmək olardı. Bu adama biyan köklərinin dəmləməsini içməyi məsləhət gördüm. Adam təxminən 1 ay qəbul etdikdən sonra tamamilə dəyişdi. Rəngi və iştahı tamam normallaşdı. Adam həmdə maraqlı bir epizod danışdı. Dedi ki, mən rayondanam sahələrimiz var öz sahələrimizdən alaq otu kimi bu biyanın kökünü kəsə bilmirik ki, nəsə əkə bilək mən bilməzdim ki, biyan bu qədər xeyirliymiş. Biyan kökünün dəmləməsi mədə bağırsaq xəstəliyi üçündə çox faydalıdır. Beləki biyan dəmləməsi mədə turşuluğunu neytrallaşdırır, mədə qıcıqlanmasının qarşısını alır. Çox güclü bir yarasağaldıcıdır. Biyan çayı həmdə qəbizliyi aradan qaldırır, çayın qəbulu ishal etməsədə nəcisi yumşaldır və bununlada babasilin müalicəsində effektlidir. Biyan kökünün dəmləməsinin yüksək tempratur zamanı qəbulu həm tempraturun düşməsinə səbəb olur, həmdə orqnizmin müqavimətini qaldırır. Biyan kökünün bişirməsi qaraciyər xəstəliklərində, qaraciyər çatışmazlığında qaraciyər çatışmazlığından qaynaqlanan bütün xəstəliklərdə faydalıdır. Qaraciyərin çatışmazlığını göstərən qan analizlərində (ALT, AST, XOLESTERİN, TRİQLİSERİDLƏR, BİLRUBİNLƏR) kimi hormon yüksəkliklərində içilməsi çox faydalıdır. Qaraciyər sirrozlarında çox faydalıdır. Qaraciyər çatımazlığından və qan dövranı pozğunluqlarından sonra dəridə əmələ gəlmiş ləkələr sızanaqlar, çivzələr, çiban, və kor çibanların müalicəsində də biyan çayının içilməsi faydalıdır.
Farmakoloji təsirləri (Biyanın elmi araşdırmaları)
Antifunqal təsiri. Antifunqal təsir yəni göbələklər əleyhinə təsir deməkdir. Biyan kökü dəmləməsi müxtəlif mənşəli göbələklər əleyhinə dəri, dırnaqarası və daxili göbələklər əleyhinə təsirləri öyrənilmiş və olduqca güclü bir təsiri ortaya çıxmışdır.
Antimikrob təsiri. Biyan kökünün dəmləməsi (10 faizli nəzərdə tutulur) stafilokoklara qarşı olduqca gücle bir təsir göstərmişdir. Buna görədə daxilə qəbulu revmatizma xəstəliyində, ağ ciyər infeksiyalarında, öskürəklərdə faydalıdır.
Antiviral təsir. Biyan kökünün dəmləməsi viruslar əleyhinə də öyrənilmişdir. Köklərin dəmləməsi əsasəndə qlisirizin turşusunun viruslar əleyhinə təsiri olduğu sübut edilmişdir. Bununlada biyan dəmləməsindən Hepatitlərdə, QİÇS xəstəliyində, müxtəlif mənşəli qriplərdə istifadə olunması faydalıdır. Virus xəstəliklərinin profilaktikası üçündə biyan kökünün dəmləməsi faydalıdır.
Antioksidant təsir. Aparılmiş elmi araşdırmalardan məlum olmuşdur ki, biyan dəmləməsi bədəndə ziyanlı xolesterin sayılan LDL miqdarını azaltmışdır yəni oksidləşməsini artırmışdır, daha sonra məlum olmuşdur ki, biyan çayı bədəndə toplaşmış ağır metal duzlarını özünə hopduraraq bədəndən çıxarılmasını sürətləndirmişdir.
Yara əleyhinə təsiri. Siçanlara yüksək dozada əvvəlcə aspirin və sulfanlamid preparatları verilmiş sonra bu siçanlar 2 qrupa bölünmüş bir hissələrinin mədələrində əmələ gəlmiş qastritlərin müalicəsində biyan dəmləməsindən istifadə edilmişdir. Biyan dəmləməsi və dəmləmə hopdurulmuş yeməklərlə qidalanan siçanlar daha tez sağalmışlar.
Biyan kökünün dəmləməsi
Biyan kökünün dəmləməsi atopik dermatitlərdə və qırmızı qurd eşənəyində xəstələrə təyin olunmuş xəstəliyin gedişatında 40-60 faiz yaxşılaşmalar qeyd edilmişdir.
Oxu24.com
ŞƏRHLƏR