Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51839
az

Koronavirusa yoluxanlara niyə vaksin vurulmur? - Ən çox verilən sualın cavabı tapıldı

18:0401 Aprel, 2021
2063
TİBB
  • A

Koronavirus infeksiyasına qarşı vaksinasiya prosesində anlaşılmazlıq yaranıb. 

Anlaşılmazlıq virusa yoluxub-sağalanlara vaksin vurulmaması ilə bağlıdır. Daha doğrusu, bu kateqoriyadan olan şəxslərə yalnız 1 ildən sonra vaksin vurula biləcəyi deyilir. Vaksinin təsir müddət isə 6 aydır. Bu baxımdan, virusa yoluxub-sağalanlar narahatlıq keçirir. 

Nəzərə alsaq ki, hazırda Azərbaycanda yoluxma halı kəskin artıb və mütəxəssilər növbəti dalğanın olacağı barədə həyəcan təbili çalır, o zaman vətəndaşların narahatlığı anlaşılandır. 

Tibb mütəxəssisləri isə bildirir ki, burada heç bir narahatlığa əsas yoxdur. Məsələ burasındadır ki, yoluxmanın özü təbii vaksin sayılır. "Bu virusa yoluxanlarda antitellər yaranır. Bu da növbəti yoluxma riskini azaldır. Ona görə də, virusa yoluxub-sağalanlara 6 ay, yaxud 1 il ərzində vaksin vurulmasına ehtiyac qalmır. Doğrudur, onlara vaksin vurula da bilər. Ancaq vurulmaması da yanlış addım deyil. Sadəcə, bununla bağlı narahatlıq keçirənlər antitellərini yoxlada bilərlər”, - tibbi ekspertlər bildirir.

Mütəxəssislərin sözlərinə görə, virusa yoluxub-sağalanların vaksinasiya prosesindən kənarda saxlanılması həm də vaksin çatışmazlığı ilə bağlı ola bilər. 

Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov da HİT.Az-a açıqlamasında virusa yoluxub-sağalanların 1 il ərzində yoluxma riskinin aşağı olduğunu bildirib. 

"Orqanizm virusun toksininə qarşı antitoksin yaradır. Bu, bədəndə 1 il qala bilir. Hələ burada malekul çəkisi az olan antitoksindən söhbət gedir. Baxın, adamlar qızılcaya bir dəfə tutulur. Niyə? Çünki onun antitoksininin molekul çəkisi yüksəkdir və bədəndən çıxmır. Ancaq pnevmaniyada belə deyil, 1 il müddətində qala bilir. Yoluxub-sağalanlara 1 il ərzində vaksin vurulmaması bununla bağlıdır”, - deyə Rəşid Mahmudov əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO