Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50565
az

Bu viruslar xərçəng yaradır

10:5515 Mart, 2021
809
TİBB
  • A

Rusiyalı tibb elmləri doktoru, professor Vladimir Qurtseviç xərçəng yaranmasına səbəb olacaq virusların adlarını açıqlayıb.

Bu barədə o, AiF-ə verdiyi müsahibədə deyib.

“Günümüzdə 7 virusun müəyyən şərtlər daxilində onkoloji xəstəliklərə səbəb ola biləcəyi məlumdur. Çox vaxt bunlar bizim təbii soydaşlarımızdır, əksər insanların orqanizmində mövcuddurlar. Bir qayda olaraq, insan bütün ömrü boyu onlarla birlikdə yaşayır və bunlar hər hansı bir bədxassəli xəstəlik yaratmır. Bu viruslar yalnız müəyyən şərtlərdə xərçəngə səbəb olur”, - deyə Qurtseviç bildirib.

Mütəxəssisin sözlərinə görə, aşağıdakı viruslar müəyyən xərçəng növlərinə səbəb ola bilər:

- Hepatit B virusu - qaraciyər xərçəngi;

- Hepatit C virusu - qaraciyər xərçəngi;

- Epstein-Barr virusu - Hodgkin lenfoma, qeyri-Hodgkin lenfoması, nazofarenks xərçəngi;

- İnsan papillomavirusları - bu virusların bəzi növləri uşaqlıq boynu, ağız, udlaq xərçənginə səbəb olur;

- Herpes virusunun 8-ci tipi - Kaposi sarkoması, bəzi lenfomalar;

- T-limfotrop virusu - T hüceyrəli leykoz, T hüceyrəli lenfoma;

- Merkel hüceyrə poliomavirusu - Merkel sarkoması.

Onkoloq vurğulayıb ki, xəstədə bədxassəli şiş virusa yoluxduqdan dərhal sonra deyil, 3-5 və 15-20 il davam edə biləcək uzun inkubasiya müddətindən sonra meydana gəlir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI