Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36692
az

"Belə olsa, yoluxma halları yenə artacaq"- Adil Qeybulla

19:3001 Avqust, 2020
1044
TİBB
  • A

Ölkəmizdə yeni növ koronavirusla mübarizə davam edir.
31 iyul rəsmi statistikasına görə, dünən ölkə ərazisində ümumi virusa yoluxma sayı 318, müalicə olaraq sağalanların sayı isə 714 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Son günlərin statistikalarına əsasən deyə bilərik ki, müalicə olunaraq sağalan xəstələrin sayı virusa yoluxanlardan 2 dəfə çoxdur. Ölüm sayı da azalır. Virusun daha aktiv yayıldığı aylar bu statistika tərsinə idi.
Bütün azalan statistikalara nəzər saldıqda hazırda davam edən sərt karantin rejiminin, həkimlərimizin əməklərini, onların güclü iş rejiminin nəticəsini danmaq olmaz.
Maraqlıdır, bu statistikanın bu qədər qısa zamanda və ciddi dəyişməsinə əsas səbəb nədir? Virusun təhlükəsi azalıb, yoxsa xaricdən gələn həkimlərin xidmətidir?
Busaat.az xəbər verir ki, Tibb elmləri doktoru, professor Adil Qeybulla  açıqlamasında bildirib ki, sağalma sayı yoluxanlarla müqayisədə azdır:
“Əslində qeydiyyata düşməyən, evdə müalicə alan, xüsusi həkimlərə müraciət edərək sağalan yüzlərlə adam var. Onlar da heç bir yerdə qeydiyyata düşmürlər deyə statistikaya əlavə edilmir, nəticədə verilən statistikada onların olmaması təbii hal olur. TƏBİB-in rəsmi statistikası ancaq xəstəxanada qeydiyyata alınan, xəstəxanaya girib-çıxan şəxslərdən ibarətdir. Dəfələrlə demişəm, bir də qeyd edirəm ki, özünə xüsusi həkim tapan, ev şəraitində sağalanlar çoxdur”.
Professor deyir ki, hazırda olan müsbət nəticəni xaricdən gələn həkimlərin adına yazmaq düzgün deyil:
“Hazırkı statistikada xaricdən gələn həkimlərin böyük rolu yoxdur. Bu tendensiyadır, əvvəl yoluxanlar çox idi, indi isə vəziyyət nəzarətə alınıb, sağalanlar üstünlük təşkil edir”.
Adil Qeybulla qeyd edib ki, bu qədər yoluxma potensialı sərt karantin rejimini ilk dəfə yumşaldıqdan sonra müşahidə edilib:
“Yəqin yadınızdadır sərt karantin rejiminin ilk dəfə yumşaldıldığı ərəfə, demək olar ki, hər kəs virusu unutmuşdu. Bu da düzgün deyil, virusa qarşı həmişə tədbirli davranmaq lazımdır. Əsas məsələ karantin yumşaldılandan sonra da ümumi karantin rejiminin tələb etdiyi davranışlara riayət etməkdir. Əgər qaydalara düzgün əməl edilsə, maskalar taxılsa, sosial məsafəyə əməl edilsə, hesab edirəm ki, nəticə də yaxşı olacaq. Əməl edilməsə, ilk yumşaldılmadakı hallarla qarşılaşacağıq, yoluxma halları yenə artacaq”. (cebhe.info)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR